Bia.Az

Rusiyanın tanınmış iş adamı təyyarə qəzasında öldü – FOTO

Cəmiyyət
 21-01-2024, 19:15     181

Bu gün Əfqanıstanın şimalındakı Bədəxşan vilayətində sərnişin təyyarəsi qəzaya uğrayıb. Qəza nəticəsində Volqodonsk şəhərində tanınmış iş adamı Anatoli Yevsyukov həyat yoldaşı ilə həlak olub.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Bildirilib ki, A. Yevsyukov Volqodonskda 1999-cu ildə “Maşenka”, “Avanqard”, “Anna” və bir neçə bazar açıb. O, həmçinin müxtəlif sahələrdə daşınmaz əmlak sahibi olub.

Xatırladaq ki, Əfqanıstan dağlarında qəzaya uğrayan Falcon 10 təyyarəsi Taylandın Pattaya şəhərindən Moskvaya şəxsi tibbi reysə gedirmiş. Təyyarənin qəzaya uğramasının səbəbinin texniki nasazlıq olduğu bildirilir. Göyərtədə altı nəfər olub: dörd ekipaj üzvü və iki sərnişin.



скачать dle 12.1