Bia.Az

Araşdırma: Video oyunları oynayan insanlarda eşitmə itkisi riski daha yüksəkdir

Cəmiyyət
 19-01-2024, 10:42     197

ABŞ, İsveçrə, Çin və Avstraliyadan olan tədqiqatçılar dünya üzrə təxminən 54 min yetkin və uşağı əhatə edən cəmi 14 nəfər üzərində araşdırma aparıblar və gəldikləri nəticələr əsasında video oyunları ilə eşitmə itkisi arasındakı əlaqəni ortaya qoyan bir yəqinlik hasil ediblər.


Bizimyol.info Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, tədqiqatçılardan biri, audioloq və epidemioloq Dr. Lauren Dillard verdiyi açıqlamada: "Tədqiqatlar göstərir ki, uzun müddət video oyunları oynayan insanlarda tinnitus (qeyri-oyunçularla) müqayisədə eşitmə itkisinə məruz qalma riski daha yüksəkdir", - deyə bildirib.

Dillard, yüksək səsə məruz qalmanın qulaqdakı duyğu hüceyrələrini yorduğunu və bunun eşitməyə mənfi təsir etdiyini bildirib: "Bu, müvəqqəti eşitmə itkisinə və ya qulaqlarda cingiltiyə səbəb ola bilər. Daimi və ya uzun müddət səs-küyə məruz qalma da zamanla daimi eşitmə itkisinə səbəb olur", - deyə o qeyd edib.

Dillard mümkün olduqda səsə məruz qalma miqdarına nəzarət etməyi tövsiyə edir: "Eşitmə qabiliyyətinizdəki dəyişikliklərə mütləq diqqət yetirin. Eşitmə itkisinin əsas simptomları tinnitus, yüksək səsləri eşitməkdə çətinlik və söhbətləri izləməkdə çətinlik çəkir",- deyə bildirib.скачать dle 12.1