Bia.Az

Azərbaycanda generalın bibisi qızı cəsusluq edirmiş: DTX-nin həbs etdiyi Lamiyə kimdir?

Cəmiyyət
 3-08-2020, 00:13     1 414

Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əks-kəşfiyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində həbs edilən Azərbaycan vətəndaşları – Abbasquliyev Həbib Əbil oğlu və onun həyat yoldaşı Abbasquliyeva Lamiyə Elxan qızının hansı məmurla qohum olduqları üzə çıxıb.
BİA.az  xəbər verir ki, casusluq formasında dövlətə xəyanət etməsi ittihamı ilə tutulan L.Abbasquliyevanın Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, general-mayor İsmayıl Hüseynovun bibisi qızı olduğu aydınlaşıb.
Bu barədə məlumat yayan cumhuriyyet.net saytıdır. Dayısı oğlu general olan L.Abbasquliyeva ilə onların münasibətlərinin hansı səviyyədə olduğu məlum deyil.
İ.Hüseynov 14 il ərzində, yəni 2004-2018-ci illərdə Avtonəqliyyat Baş Gömrük İdarəsi rəisnin müavini və İdarənin rəisi vəzifələrində çalışıb. Ötən ilin may ayının 29-da Bakı Baş Gömrük İdarəsinin rəisi vəzifəsinə təyin olunub, 26 gün sonra, yəni 25 iyun 2018-ci ildə isə Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini
vəzifəsinə təyin edilib.Azerbaycanrealligi.com

BİA.az
скачать dle 12.1