Bia.Az

Məhkəmə kompensasiya ödənilsin qərarını çıxarıb, Suraxanı icrasından isə... - İnanılmaz şərtlər...

Cəmiyyət
 18-01-2024, 11:18     137

2 ci Qarabağ müharibəsinin yaxından iştirakçısı 44 günlük savaşın qalıb əsgəri, Müzəffər Ali Baş komandan Cənab İlham Əliyevin şanlı imzası və medalları ilə təltif edilmiş Nuriyev İxtiyar Təyyar oğlu redaksiyamıza müraciət edərək bildirmişdir ki, 2007-ci ildə Suraxanı rayon Bülbülə qəsəbəsi Deputat küçə unvanı 5 də sökuntuyə məruz qalan 20 fərdi yaşayış evinin 19- na müvafiq kompensasiya ödənilmiş, lakin uzunmüddətli olaraq rayonda həmin vaxt olduqlarından ,sonra gəlib evlərinin ucurulmasını görürlər . Mülkə dair huquqverici sənədlərlə Suraxanı rayon icrasına gələn 4 sot içində tikilmiş 3otaqlı ev mülkün sahibi Nuriyev Təyyara O zamankı icra başçısı hal-hazırda Şirvan şəhər icra başçısı olan İlqar Abbasov bildirmiş:" hə ağsaqqal, gedin o mülkə dair sənədlərlə məhkəməyə verin , qətnaməni götürün gəlin yanıma, müvafiq köməkliyi edim gedin kompensasiyanı alın. " Nə qədər gülməli səslənir? Ay icra hakimiyyətinin başçısı, bu siyahıya alınan sakinləri ərazi üzrə qəsəbə icra nümayəndəliyindən arayişla, abonent üzrə yaşayişci olaraq da siz o Nuriyevlərin məhz həmin ünvanda yaşayışçı olduğunu guya bilmirdiniz ki, o 19 nəfərlik siyahının içinə 20- ci sakin, ailə olaraq da yazdırib qeydiyyatını aparmağa?
Bu, açıq -aşkar bilərəkdən belə edilmişdir. Çünki bir halda ki, sözügedən sakin, zəbt edilmiş ərazi üzrə sənədsiz deyil, məhz Texpasport və ozamanki hüquqi qüvvədə olan Daşinmaz Əmlak dövlət reyestri xidmətinin verdiyi möhur ştamplı nömrəli Qeydiyyat vəsiqəsi adlı sənədlə o evdə yaşayışcı olublar.
Axı niyə bunları bildiyiniz halda vətəndaşı, bir ailənin evini 17 ildən çox süründürməçilik vəziyyətində qoymusunuz? Üstəlik 17 il ərzində evi söküntüyə məruz qalan bu sakinlərin hətta kirayədə qalmasına görə verilməli olan vəsaitini belə gündəmə gətirməmisiniz, icra aparatında huquqşunas ştatinda yer alan işciləriniz olduğu halda!
Bəs onda o vəzifə ştatı kimə qulluq edir? Sizə? Xeyr, əsla. Dövlətimiz məhz bu ştatı, hüququ pozulmuş vətəndaşlar üçün təşkil edir ki, zərurət yarandıqda onların hüquqlarınin bərpa edilməsinə xidmət göstərsin.
Əl qərəz. Məhkəməyə müraciət edən Nuriyevlerin xeyrinə Bakı İnzibati məhkəməsinin hakimi Orxan Həsənov Qətnamə çıxarır və qeyd edir ki sökülmüş evə dair verilməli olan 89 min manat kompensasiya Azərbaycan Avtomobil yolları ASC üzərinə qoyulmaqla icrası Suraxanı rayon icra hakimiyyətinə həvalə edilsin .bu Qətnaməni icra başçısı İlqar Abbasovun yanına qəbuluna gələn Nuriyevlərə bir daha icra başçısı bunu, büdcəyə qənaət etmək məqsədilə etdiyini bildirir. Nə qədər gülünc səslənir, bir ailə sənədli evi sökülərək naməlum evlərə sığınır 17 ildi, o boyda icra başçısı isə qənqətdən dəm vurur! Dəhşət! Hələ üstəlik Bakı Apellyasiya məhkəməsinə də Apellyasiya şikayəti verilir. Hakim Mirzə Tağızadə isə bir daha ədalətli qərarın uzərində dayanaraq Suraxanı icrasının apellyasiya şikayətini rədd edərək kompensasiyanın ödənilməsinin vacibliyi barədə qərar cixarır.
Nəhayət qərarın icrasına gəlincə isə, ötən iş həftəsində Suraxanı icrasının hüquqşünası Elşən bəyin bizə bildirdiyinə görə, 18 yanvar 2024 tarixində saat 10 - da rayon icra hakimiyyətinin təsərrüfat işçisinin mütəxəssisi Ramin adlı şəxs müvafiq sənədlərlə ərazidə baxış keçirməli və siyahiyaalmani tərtib etməlidir idi.Halbu ki, bu siyahıya alınma məhz O qətnamə verilərkən hakim Orxan Həsənovun araşdırması zamanı bu məsələ ilə bağlı hərşey həyata keçərək yekun qərar verilmişdir ki Vətəndaş Nuriyevlərə 89min kompensasiya ödənilsin.
Bugünkü tarixdə isə müvafiq şöbədən həmin mütəxəssisin qızdırma içində xəstə olduğundan gələn iş həftəsinə gəlib ölçmə və siyahıya alınmanı bildirdi Hüquqşünas Elşən bəy.
Məgər o müvafiq şöbədə digər əməkdaş yoxdu ? Və ələlxüsus, axı daha nə siyahıya alınma? Hakim muhakiməni apararaq müvafiq mülkə dair huquqvericibsənədlərə baxıb qətnaməni verirsə, bunun icrası icra hakimiyyəti tərəfindən axı nə çətin iş oldu ki, A 4 formatlı kağız üzərində balaca bir tərtibatı hazırlayıb Maliyyə nazirliyinə göndərməyə?
Məgər bir qətnamədə qeyd edilen bir yazılmış qeydlər bəs etmədimi ki, hələ bu icra hakimiyyəti əlavə yenidən o söküntü ərazisinə təkrar baxış da Kecirsin təzədən?
məgər bu icra o apelyasiya şikayətini hazırlayıb məhkəməyə təqdim edəndə bu dediyi baxışı nə əcəb edib əlavə etməyib? Bəs onda apelyasiya mətni nədən ibarət olub Suraxanı icrasınin?
Görürsünüz nəqədər gülünc absurd faktlar var bu məsələdə?
Bir sözlə vətəndaş Nuriyevlər bax bucür şəkildə süründürməçiliyə məruz qalır .daha bir məqam, o zaman icra başçısı İlqar Abbasovun qəbulunda olarkən o bu baxış siyahıya alınma göstərişini niyə bəs hüquqşünasa verməmişdir? Həmin baxısin nəticəsini indi bu qətnaməyə əlavə etməklə maliyyə nazirliyinə təqdim etmək olmazdımı?
Növbəti yazılarımızda daha ətraflı.

Xəyyam Qurbanlı
dia-az.info
скачать dle 12.1