Bia.Az

2020 müharibəsində bu taktika ilə qalib gələ bilərdik – Xokikyan

Cəmiyyət
 16-01-2024, 11:03     257

“Ukraynanın müharibədə uzunmüddətli müqavimətinin səbəblərindən biri Rusiyanın neft və qaz kəmərlərinə müntəzəm hücumlardır”.

Globalinfo.az xəbər verir ki, bunu erməni jurnalist Nairi Xokikyan yazıb.

“2020-ci ildə Ermənistan-Azərbaycan müharibəsi zamanı ordumuz düz burnumuzun altından keçən Bakı-Ceyhan neft-qaz kəmərini məhv edə bilərdi.

Əgər erməni tərəfi Azərbaycanın həmin neft-qaz kəmərinə hücum etsəydi, müharibə nəinki bir neçə gün ərzində dayanacaq, həm də supergüclərin və Türkiyənin təzyiqi ilə Azərbaycan sülh üçün çox tez diplomatik danışıqlar aparacaqdı.

Bu arada müharibə zamanı Ermənistan Prezidenti Armen Sərkisyan bəyan etdi ki, erməni tərəfi Azərbaycanın qaz kəmərinə hücum etməyəcək. Həmçinin baş nazir Nikol Paşinyan da ordunun Azərbaycan infrastrukturunu hədəfə almasına qadağa qoymuşdu”, – N.Xokikyan bildirib.скачать dle 12.1