Bia.Az

Yolları duzlamaq polisin vəzifəsi deyil... AAYDA qəsəbədaxili yollara "baxmır"

Cəmiyyət
 14-01-2024, 17:22     266

Gecə saatlarından yağan qar paytaxtın mərkəzi küçələrini iflic edib, bəzi yerlərdə qəzaların baş verməsinə səbəb olur. İnsanlar ilk qarın yağmasına sevinsələr də, bunu sürücülər üçün söyləmək çətindir. Belə ki, bəzi qəsəbədaxili yollarda və paytaxtdan kənar ərazilərdə yağan qarın yaratdığı problemlər ucbatından bir çox avtomobil sürücüsü qəza vəziyyəti ilə üzləşir və ya avtomobilində yaranmış texniki nasazlıq səbəbindən hərəkətini davam etdirə bilmir. Bununla yanaşı, sosial şəbəkələrdə polis əməkdaşlarının əllərində sellofan torbalarla daşıdığı duzu avtomobil yoluna səpərək, vətəndaşlara kömək etmələri barədə videogörüntülər əks olunub. Bu, təqdirəlayiq addım hesab olunsa da, bu, həmin problemi aradan qaldırmalı olan aidiyyəti qurumların işidir.

Məsələ olə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) Mətbuat Xidmətinin rəhbəri Anar Nəcəfli məsələ ilə əlaqədar Bizimyol.info xəbər portalına bildirib ki, agentlik qəsəbədaxili yolların duzlanmasını həyata keçirmir: "O ki qaldı sosial şəbəkələrdə yayılmış görüntülərə, nəzərinizə çatdırım ki, AAYDA-nın gecəboyu gördüyü bütün işlər barədə sosial şəbəkələrimizdə məlumatlar və görüntülər paylaşılıb".

Məlumat üçün qeyd edək ki, sosial şəbəkələrdə polis əməkdaşlarının yolları sellofan torbalar vasitəsilə duzlaması barədə görüntülər bəzi sosial şəbəkə istifadəçilərinin bu sahə ilə məşğul olmalı olan qurumlara irad tutmasına səbəb olub. Onlar bildirirlər ki, yolları duzlamaq polis əməkdaşının vəzifə borcu deyil.скачать dle 12.1