Bia.Az

TƏBİB-i “yandıran” gizli əllər – son hadisələr nədən xəbər verir?

Cəmiyyət
 13-01-2024, 17:10     254

Son günlər Bakının iki xəstəxanasında yanğın xəbərləri ölkə ictimaiyyətində narahatlıq yaradıb.

Yanvar ayının 9-da gecə saat 03:35 Respublika Perinatal Mərkəzdə güclü yanğın baş verəməsi nəticəsində 4 körpə həyatını itirdi. 60 körpə təxliyə edildi. Bir neçə nəfər isə tüstüdən zəhərləndi.
Bu yanğınla bağlı Baş Prokurorluq 3 vəzifəli şəxsi cinayət məsuliyyətinə cəlb edib.

Respublika Perinatal Mərkəzin rəhbəri Mehriban Abasquliyeva, Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin müdiri Hamlet Mustafayev və Dəstək xidmətləri şöbəsinin müdiri Elnur Əhmədli barəsində məhkəmə qərarı ilə ev dustaqlığı və vəzifədən kənarlaşdırma növündə qətimkan tədbirləri seçilib.
Yanvarın 13-də isə M.A.Qasımov adına Respublika Klinik Xəstəxanasında yanğın olduğu haqda ildırımsürətli xəbər yayıldı. Globalinfo.az məlumatı dəqiqləşdirmək üçün xəstəxana ilə əlaqə saxladı. Ordan bildirildi ki, yanğın ehtiyatsızlıqdan baş verib. Belə ki, elektrik cihazının cərəyana qoşulması zamanı qısaqapanma olub. Qarşısı tez bir zamanda alınıb.
Amma sonradan bunun bir təlim olduğu barədə məlumat yayıldı. FHN-dən verilən xəbərə görə M.A.Qasımov adına Respublika Klinik Xəstəxanasında yanğın olmayıb, təlim keçirilib.

Təəssüf ki, rəsmi qurumların məsələyə ilk yanaşması, reaksiyası şübhələrə yol açdı və baş verənlər yanğın hadisəsi kimi təqdim edildi.
Mümkündür ki, bu, təlim olsun. Amma təlim haqda öncədən məlumat gedibmi? İctimaiyyət məlumatlandırılıbmı? Qaydalara görə təlim necə keçirilir? Hansı hallarda icra olunur? Bütün bu suallara cavab almaq təəssüf ki, mümkün olmur. Ona görə də ictimaiyyətdə belə qənaət yaranır ki, son 5 gündə TƏBİB-in nəzarətində olan iki xəstəxanada baş verənlər təxribatdır.
Bəs bu təxribatdırsa, onu törədən kimlərdir? Hansı qüvvələrdir? İnanırıq bu sualların cavabı yaxın vaxtlarda bilinəcək.
Yanvarın 4-də Masazır qəsəbəsində baş verən hadisədə də TƏBİB ətrafında ciddi ajiotaj yarandı. Sosial şəbəkələrdə məlumat yayıldı ki, 15 yaşlı Ayan Aslanova eyvandan yıxılaraq zədə alıb. Təcili yardım çağırılmasına rəğmən heç kimin gəlmədiyi bildirilib. Bu məlumat böyük rezonansa səbəb oldu. Günlərlə mediada və sosial şəbəkələrdə müzakirə edildi. TƏBİB qınandı, sərt şəkildə tənqid edildi.

Bakıda və ətraf qəsəbələrdə təcili tibbi yardım xidmətindən vətəndaşlar narazıdırlar. Buna bir çox amillər təsir edir. Təcili yardım maşınlarının azlığı, çağırışın çox olması və ən əsas, tıxaclar. Buna rəğmən vətəndaşlarda bu sahə ilə bağlı narazılıq çoxdur. Görünür, bəzi proseslərdə bu narazılıqlar xüsusilə diqqətə alınır…
Deyilənə görə, yaxın vaxtlarda TƏBİB-lə bağlı mühüm qərar veriləcəyi gözlənir. Bu qurumun saxlanıb-saxlanılmaması ilə bağlı müzakirələrin getdiyinə dair məlumatlar dolaşır.

Vüqar Qurbanov, Perinatal Mərkəzində baş verən yanğın gecəsi
İddialara görə, TƏBİB-in özünü doğrultmadığı barədə ictimaiyyətdə və ölkə rəhbərliyində rəy formalaşdırılır. TƏBİB yaradıldığı gündən nüfuz və mövqe savaşında arenaya çevrilib. Bu amansız “döyüş” bu gün də davam edir.
Son hadisələrlə bu proseslə əlaqəsinin olub-olmadığını demək isə xeyli çətindir. Amma bu qədər təsadüfün olduğuna inanmaq da sona kimi mümkün deyil…скачать dle 12.1