Bia.Az

Ödənişsiz efir: mümkün müddət

Cəmiyyət
 13-01-2024, 13:58     224

İctimai Televiziya və Radio Yayımları Şirkəti fevralın 7-də keçiriləcək prezident seçkisində namizədlərə təşviqat üçün ödənişsiz efir vaxtı ayırmağa məsuldur. Novator.az bildirir ki, Seçki Məcəlləsinə görə, pulsuz efir həftədə minimum 360 dəqiqə (180 dəqiqə İctimai Televiziyada, 180 dəqiqə İctimai Radioda) olmalı, namizədlər arasında bərabər bölünməlidir.

Prezident seçkisində 7 namizəd yarışır: dövlət başçısı, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev, Milli Məclisin insan hüquqları komitəsinin sədri, Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc, Böyük Quruluş Partiyasının başqanı, Milli Məclisin mədəniyyət komitəsinin sədri Fazil Mustafa, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsi sədrinin müavini Qüdrət Həsənquliyev, Milli Cəbhə Partiyasının sədri, Milli Məclisin üzvü Razi Nurullayev, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev, müstəqil siyasətçi Fuad Əliyev.

Seçkiqabağı təşviqat yanvarın 15-dən fevralın 6-dək aparıla bilər. Bu, üç həftə efir vaxtı deməkdir. Ödənişsiz efir vaxtını namizədlər arasında bərabər böləndə hərəyə həftədə maksimum 52 dəqiqə efir vaxtı düşür. Efir vaxtı həftədə üç dəfə ayrılsa, efir günlərində hər namizəd uzağı 9 dəqiqə televiziyada, 9 dəqiqə radioda çıxış edə bilər./novator.azскачать dle 12.1