Bia.Az

Bank kartlarından oğurluq halları artıb: - Günah kimdədir?

Cəmiyyət
 13-01-2024, 01:41     194

Son dövrlərdə kibercinayətlərin sayında artım müşahidə edilir. Bu artım, xüsusən də, bank kartlarından edilən oğurluqlarda daha çox görünür. Çünki kartları nağdsız ödənişlər üçün ən geniş istifadə edilən vasitədir. Belə hadisələrindən biri də yanvarın 8-də Sumqayıt şəhəri ərazisində baş verib.

Bir nəfərin bank hesabından 13.100 manat pulunun oğurlanması barədə polisə məlumat daxil olub.


Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib. Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bu əməli törətməkdə şübhəli bilinən şəhər sakini Əsəd Abdullayev müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.


Sual ortaya çıxır. İnsanların şəxsi bank hesablarının məlumatları necə oğurlana bilir? Belə olduqda vətəndaşlar kimə müraciət etsinlər?

Məsələ ilə bağlı "Sherg.az"a danışan hüquqşünas, bank üzrə mütəxəssis Əkrəm Həsənov bildirib ki, burda bir neçə səbəb ola bilər:


"Ona görə də vəziyyət təhlil olunaraq konkretləşdirilməlidir. Ola bilsin ki, müştəri öz bank kartı məlumatlarını, yəni kart nömrəsi və parolu kiməsə verib. Yaxud da şifrəni hardansa oğurlayıblar. Bu halda günah həmin şəxsin özündədir. Başqa bir ehtimal olaraq göstərə bilərik ki, bank sistemi güclü işləmir və xakerlər şəxsi məlumatlara daxil olaraq oğurlayıblar. Bu da bankın məsuliyyətidir. Bankın hansısa bir əməkdaşının informasiyanı oğurlaması da ehtimal olunan versiyalar sırasındadır. Bu məsələdə vətəndaş günahkar deyilsə, məhkəməyə müraciət etmək hüququ var. Təəssüf ki, bu işləri məhkəmədə sübut etmək çətin olur".
скачать dle 12.1