Bia.Az

Aygün Bəylərdən 18 il gizlədilən haqqı

Cəmiyyət
 12-01-2024, 21:09     384

Əməkdar artist Aygün Bəylərin vəfatından sonra bir çoxumuzun yadına düşdü ki, uzun illərdir Əməkdar artist olaraq qalıb, xalqla olsa, “Xalq” ola bilməyib. Lakin onun sağlığında heç kim çıxıb mədəniyyət nazirindən xanım Bəylər üçün Xalq artisti adı xahiş və ya tələb etmədi. Bu gün isə sosial şəbəkələrdə onun haqqında ağızdolusu yazılır, paylaşımlar olunur. Kaş bu dəyəri ona sağlığında verə biləydik…

Gələk əsas məsələyə…

Sabiq mədəniyyət naziri Əbülfəs Qarayev manşet.az saytına açıqlamasında Aygün Bəylərə Xalq artisti fəxri adının verilməməsində müəyyən səbəblərin olduğunu bildirib. Hansı səbəb olduğunu isə açıqlamaq istəməyib…

Sitat: “Ona Xalq artisti adının verilməsinə gəldikdə, hər şeyin qanunu və vaxtı var. Mən ona hansı ad verməliydim ki? Ona Əməkdar artist adı verilmişdi, Xalq artisti adının verilməsi üçün müəyyən vaxt keçməliydi. Bir ad alandan sonra ikinci ad almaq üçün zaman keçməlidir”.
Cənab sabiq nazir, hansı zaman? Neçə il və ya neçə ay? 18 il, bəyəm, yetərli deyildi?

Burada daha bir sual yaranır: əgər bir ad almaq üçün uzun zaman keçməlidirsə, o zaman niyə Miri Yusif 2018-ci ildə əməkdar, 2019-cu ildə Xalq artisti, Röya Ayxan 2015-ci ildə Əməkdar, 2019-cu ildə isə Xalq artisti adına layiq görüldü?

Hər ikisi sizin nazir olduğunuz dövrə təsadüf edir. Söhbət zamandan gedirsə, necə ola bilər ki, Aygün Bəylər sizin dövrünüzdə 18 il ərzində Xalq artisti adı ala bilmədi, amma 10-15 il efirə çıxan Miri Yusif və Röya qısa müddət ərzində bu fəxri ada layiq görüldü? Təəssüf ki, bu sualın cavabını sizdən ala bilmədik…



Zaira Akifqızı
Globalinfo.azскачать dle 12.1