Bia.Az

Məhkəmədə vətəndaşın günahsız olduğu sübuta yetirildi - TƏFƏRRÜAT

Cəmiyyət
 12-01-2024, 14:43     159

Şəki Apellyasiya Məhkəməsində kənd təsərrüfatı təyinatlı torpaq sahəsini qanunsuz zəbt etməkdə təqsirləndirilən Sabir Vəliyevin barəsindəki hökmdən verilən apellyasiya şikayətinə baxılıb.

Bu barədə İqtisadiyyat.az-a təqsirləndirilən şəxsin vəkili Zabil Qəhrəmanov məlumat verib.

Onun sözlərinə görə, hakim Xaqani Səmədovun sədrliyi ilə keçirilən prosesdə şikayət təmin olunub.

Birinci instansiya məhkəməsinin çıxardığı hökm ləğv edilib, Sabir Vəliyə bəraət verilib.

Qeyd edək ki, Yevlax Rayon Məhkəməsi Sabir Vəliyevi Cinayət Məcəlləsinin 188.3-cü maddəsi ilə təqsirli bilərək onun barəsində 3 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edib.

Hökmdən narazı qalan müdafiə tərəfi apellyasiya şikayəti verib.
скачать dle 12.1