Bia.Az

TƏBİB Ayanla bağlı çağırışa getməyənləri cəzalandırdı

Cəmiyyət
 12-01-2024, 01:45     225

Abşeron rayonu, Masazır qəsəbəsi, Füzuli 49 ünvanından Ayan Aslanova üçün daxil olan çağırışla əlaqədar TƏBİB tərəfindən müvafiq araşdırma aparılıb.

Qurumdan Globalinfo.az-a verilən məlumata görə, araşdırmanın nəticəsinə uyğun olaraq,  Abşeron Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinin çağırış üzrə tibb bacısı əmək müqaviləsi üzrə öhdəliklərini tam yerinə yetirməyərək işində yol verdiyi nöqsana görə əmək qanunvericiliyin tələblərinə uyğun olaraq barəsində intizam tənbəhi növü olaraq töhmət verilib, həmçinin Təcili təxirəsalınmaz tibbi yardım xidmətinin göstərilməsindən tam kənarlaşdırılıb.

Eyni zamanda həmin şöbənin müdirinə əmək funksiyasının icrası zamanı yol verdiyi nöqsana görə yazılı xəbərdarlıq edilib.

Kliniki Tibbi Mərkəzin Reanimasiya şöbəsində müalicə alan 15 yaşlı Ayan Aslanova Travmatologiya şöbəsinə köçürülüb. Vəziyyəti orta ağırdır, əməliyyat olunması nəzərdə tutulub.

Qeyd edək ki, sosial şəbəkələrdə yeniyetmənin eyvandan yıxılması və bundan sonra Təcili Tibbi Yardım çağırıldığı halda əraziyə təcili tibbi maşınının gəlmədiyinə dair məlumat yayılmışdı.скачать dle 12.1