Bia.Az

Nizami rayon İcra Hakimiyyəti müharibə iştirakçısı, ehtiyatda olan zabitə belə maneə yaradır – MÜRACİƏT

Cəmiyyət
 11-01-2024, 14:39     150

Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, 843 saylı hərbi hissədə qeydiyyatda olan, Nizami rayonun Q.Qarayev prospekti, 117, mən., 83-də faktiki yaşayan Bəşirova Azadə Qinyaz qızı tərəfindən başda Prezidenti İlham Əliyev və Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva olmaqla bir sıra aidiyyatı dövlət qurumlarının rəhbərlərinə Nizami rayonu ərazisində uzunmüddətli icarəyə götürdüyü torpaq sahəsi üzərində ictimai iaşə xidmətinin göstərilməsi üçün verilmiş icazə ilə fəaliyyətinə göstərilən süni maneələrin dərhal aradan qaldırılması barədə müraciət ünvanlanıb.

Bir surəti də Aktualinfo.org-a daxil olmuş müraciətdə deyilir:

Xatırlatmaq istəyirəm ki, 2005-cı ildə mən Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, 255/57 saylı binanın qarşısında yerləşən 375 kv.m boş torpaq sahəsi Nizami Bələdiyyəsi tərəfindən 49 il müddətinə icarəyə götürmüşəm. Bu sahədə bir sıra ağaclar əkməklə xüsusi qulluq göstərib abadlaşdrmışam. Mənim həyat yoldaşım Bəşirov Elxan Bəşir oğlu 1-ci Qarabağ Müharibəsində 4 il iştirak etmiş, yaralanmış və sağalmışdır. O, müharibə iştirakçısıdır və hazırda ehtiyata buraxılan zabitdir. O müharibə dövüründə sağlamlığını müəyyən qədər itirdiyinə görə vaxtaşırı dərmanlara ehtiyac olur. Hazırda işsizəm. İki övladımız da buzim himayəmizdədir. Ailəmizin iqtisadi çətinliyini aradan qaldırmaq üçün həmişə istəmişik ki, yerli bələdiyyədən götürdüyümüz yerimizdə biz də bir Azərbaycan vətəndşı olaraq icarə müqailəsinə uyğun istifadə edib kiçik bizneslə məşğul olaq, ailəmizi birtəhər dolandıraq.

Lakin üzləşdiyimiz bir sıra problemlərə görə normal kiçik biznesimizi qura bilmirik. Budur, 2021-ci ildə Bakı şəhər İcra Hakimiyyətinin Bakı şəhər Ticarət və Xidmət Depertamentinə rəsmi müraciət edərək kiçik ticarət fəaliyyətilə məşğul olmaq üçün icazə istəmişdik. Sağ olsun KOB sədr müavini cənab Namiq Həsənov məslənin həlli üçün köməklik göstərdi və bizə icarəyəyə götürdüyümüz yerdə ticarət fəaliyyətilə məşğul olmaq üçün 19 avqust 2021-ci il tarixli, 0601 saylı icazə verildi. Biz dərhal icazədən sonar əraziyə köşk qoyduq və su, işıqla bağlı sənədləşmə işləri apardıq. Elə bu anda Nizami rayon İcra Hakimiyyətində olan gizli qüvvələr gəlib köşkümüzün qarşısına dəmir məhəccər düzüb qoşdular ki, kimsə ticarət köşkümüzə yaxın dura bilməsin. Yəni, istəmədilər ki, minnətsiz düzələn işimiz rəvan getsin. İstəmədilər ki, bizim də ailə bir parça çörək qazana bilsin. Lakin bizim sağımızda və solumuzda yerləşən belə kiçik və böyük ticarət obyektlərinin qarşısına dəmir hasarla bağlanmayıb. Açıqdır.

Ona görə də bizə uzun müddətə icarəyə verilmiş torpaq sahəsi üzərində Bakı şəhər İcra Hakimiyyəti tərəfindən rəsmi olaraq iaşə obyekti üçün icazəsi verilmiş ticarət obyektinin fəaliyyəti üçün onun qarşısına süni maneə kimi sonradan çəkilmiş dəmir məhəccərin kiçiç hissəsindən qapı kimi istifadə etməyimizə icazə verilsə biz də işimizi davam etdirə bilərik. Çünki, belə kiçik bir ticarət obyektin işlədilməsinə Azərbaycanda şəhid ailələrindən və qazilərdən sonra ən çox haqqı olan bizim ailədir. Buna qəsdən maneçilik törədənlər isə sadəcə utanmalıdırlar. Həyat yoldaşım Elxan 4 il iştirak etdiyi müharibənin ən qızğın vaxtında sağlamlığını ona görə itirməyib ki, bu gün bizim obyektin fəaliyyətinə maneçilik törədən gizli qüvvələrin ailələri öz maddi maraqlarını güdərək belə qanunsuz hərəkət etsinlər. Əksinə onlar işə vicdanla yanaşaraq bizim ailəmizə köməklik etməli idilər.

Yuxarıda qeyd edilənləri və təqdim etdiyimiz sənədləri nəzərə alaraq cənab Ali Baş Komandan İlham Əliyev şəxsən Sizdən xahiş edirik ki, Nizami Bələdiyyəsi tərəfindən 49 il müddətinə icarəyə götürdüyümüz 375 kv m torpaq sahəsi üzərində yerləşdirdiyimiz kiçik ölçülü ticarət obyektinin normal fəaliyyəti üçün lazımı göstərişlərinizi aidiyyatı üzrə verib bizə köməklik göstərəsiniz. Əvvəlcədən təşəkkürlər.скачать dle 12.1