Bia.Az

AYB Çingiz Hüseynova anım tədbiri keçirəcək? -Rəşad Məciddən ŞOK AÇIQLAMA

Cəmiyyət
 10-01-2024, 17:08     182

Azərbaycan Yazıçılar Birliyi tərəfindən mərhum ədəbiyyatşünas Çingiz Hüseynovun anım mərasiminin keçirilib-keçirilməyəcəyi hamı tərəfindən maraqla gözlənilir.

"Sherg.az" məsələ ilə bağlı Mətbuat Şurasının sədri, AYB-nin sədr müavini, “525-ci qəzet”in baş redaktoru, yazıçı, şair Rəşad Məcidlə əlaqə saxlayıb.
O bildirib ki, Azərbaycan Yazıçılar Birliyinin rəhbəri, birinci katibi, həmçinin özü və digərləri mərhumun ailəsinə baş sağlığı verib:

"Azərbaycan ictimaiyyəti də Çingiz Hüseynovla əlaqədar öz fikirlərini bölüşdülər. Professor oğlu ilə birlikdə İsraildə yaşayırdı və uzun illərdir ki, fiziki sağlamlığı ilə əlaqədar Azərbaycana gələ bilmirdi. Təbii ki, Azərbaycan Yazıçılar Birliyi tərəfindən gələcəkdə Çingiz Huseynovun yaradıcılığı ilə bağlı xatirə tədbiri keçirilə bilər".
скачать dle 12.1