Bia.Az

Vətən müharibəsi iştirakçıları Türkiyənin Ailə və Sosial Xidmətlər Nazirliyində olublar

Cəmiyyət
 10-01-2024, 16:48     228

Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin təşkilatçılığı, Türkiyə Müharibə Qaziləri Dərnəyinin dəvəti ilə qardaş ölkədə səfərdə olan bir qrup azərbaycanlı Vətən müharibəsi iştirakçısı Ankara şəhərində bir sıra görüşlər keçirib.

Bir qrup azərbaycanlı Vətən müharibəsi iştirakçısı yanvarın 9-da Türkiyə Müharibə Əlilləri-Şəhid Dul və Yetimlər Dərnəyində olub.
Dərnək başçısı Mustafa Işık Vətən müharibəsi iştirakçılarını görməkdən məmnun olduqlarını bildirib. Qeyd edib ki, 1915-ci ildə heyət şəklində qurulan dərnək 1931-ci ildə Ordu Əlil Veteranları Dərnəyi, 1940-cı ildə Ordu Əlil Veteranları Dərnəyi, 1945-ci ildə Əlil Qazilər Dərnəyi, 1959-cu ildə Müharibə Əlilləri Qaziləri Dərnəyi, 1959-cu ildə Türkiyə Müharibə Əlilləri veteranları adı altında fəaliyyət göstərib.
Sonra Türkiyə Ehtiyatda olan Gizirlər Dərnəyinə (TEMAD) gələn azərbaycanlı qazilərə məlumat verən Dərnək sədri Həmzə Dürgen deyib: "Türkiyə Silahlı Qüvvələrində kiçik zabit kimi xidmət edən, təqaüdə və ya əlilliyə görə ayrılan Astsubay cəmiyyəti və üzvlərini bir araya toplamaq, birlik, həmrəyliyi təmin etmək məqsədilə təşkil edilən dərnək
1962-ci ildə yaradılıb. TEMAD Türkiyə daxilində 97 filialda təşkil olunub və güclənməyə davam edir".
O qeyd edib ki, ehtiyatda olan gizirlərdən hazırda yüksək vəzifələrdə çalışanlar da var. Onlardan biri də Türkiyənin hazırkı xarici işlər naziri Hakan Fidandır.
Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli bildirib ki, Azərbaycanda şəhid ailələri və əlillərlə bağlı dərnəklərə xüsusi diqqət və qayğı göstərilir:
"Başqa Prezident Administrasiyası, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti olmaqla, xüsusilə Heydər Əliyev Fondu, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Daxili Qoşunlar, Əmək və Əhalinin Sosial, Dövlət Sərhəd Xidməti, Gənclər və İdman Nazirliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi,Gənclər Fondu də bu cür təşkilatlarla sıx əməkdaşlıq edir, onlara qayğısı göstərir. Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi hər zaman şəhid ailələrinin üzvlərinin, müharibə əlillərinin və veteranların sosial-psixoloji reabilitasiyası, hüquqi yardım məsələri ilə bağlı xüsusi layihələr elan edir və ən çox maliyyə vəsaiti də bu istiqamətdə ayrılır. Müharibə ilə əlaqədar olan təşkilatlara ölkəmizdə ofislər verilib, onlar texniki avadanlıqlarla da təmin olublar",- deyə o vurğulayıb.(herbiand.az)скачать dle 12.1