Bia.Az

ABŞ Səfirliyi Amerika kollecində bir illik təlim proqramı elan edir

Cəmiyyət
 9-01-2024, 17:22     202

Turan: ABŞ Səfirliyi ABŞ kolleclərindən birində üç sahə üzrə - Rəqəmsal Media və Kommunikasiyalar, Kənd Təsərrüfatı və Turizm sahələri üzrə bir illik akademik dərəcə nəzərdə tutmayan proqram (CCİ) elan edir. Proqram tam olaraq ABŞ Dövlət Departamenti tərəfindən maliyyələşdirilir.
2024-cü ilin iyulundan 2025-cü ilin iyununa qədər bir il müddətinə təklif olunacaq proqram üçün 4 nəfərə qədər azərbaycanlı tələbə seçiləcək.

 Proqram öncəsi hazırlıq 2024-cü ilin iyun ayında keçiriləcək.

Seçilən tələbələr digər amerikalı və beynəlxalq tələbələrlə birgə ABŞ kolleclərindən birində təhsil alacaqlar. ABŞ Dövlət Departamenti ABŞ-dakı proqram müddətində təhsil haqqını qarşılayacaq və maliyyə yardımı göstərəcək.

Səfirliyin məlumatında qeyd edilir ki, tələbələrə təhsil müddətində ABŞ-də işləməyə icazə verilmir və proqram müddətində başqa kurslarda iştirak etmək üçün şərait yaradılmır.

Əlavə məlumat üçün [email protected] mail ünvanı ilə əlaqə saxlamaq olar. 16B
CCI Program AY 2024-2025 Application Fillable FINAL.pdf]
https://turan.az/storage/uploads/CCI-2024-2025_Call for Application.pdf
https://turan.az/storage/uploads/CCI-2024-2025_Call for Application_AZE.pdfскачать dle 12.1