Bia.Az

Vasif Quliyev – 70

Cəmiyyət
 9-01-2024, 13:13     152

Publisist, tərcüməçi, naşir Vasif Quliyevin 70 yaşı tamam olur.

1954-cü il yanvarın 17-də Şuşanın Malıbəyli kəndində doğulan Vasif Quliyev indiki Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib.
İlk yazıları 1970-ci illərin ilk yarısında “Şuşa” qəzetində dərc olunan Vasif Quliyev sonralar bir çox media qurumu, o cümlədən “Kommunist”, “Sovet kəndi”, “Azərbaycan müəllimi”, “Ədəbiyyat və incəsənət”, “Azərbaycan gəncləri”, “Bakı”, “Bakinski raboçi”, “Vışka”, “Molodyoj Azerbaydjana” qəzetləri, “Ulduz”, “Qobustan”, “Mədəni-maarif”, “Azərbaycan təbiəti” jurnalları, Azərbaycan Televiziyası və Radiosu ilə əməkdaşlıq edib.

“Şuşa” nəşriyyatının direktoru, “Günəş” jurnalının baş redaktoru, “Şuşa” qəzetinin redaktorudur. 20-dən çox kitabın müəllifi, 10 kitabın tərcüməçisidir.

Vasif Quliyev Qarabağın tarixi, mədəniyyəti, ədəbiyyatı və etnoqrafiyasının araşdırıcısı kimi tanınır.скачать dle 12.1