Bia.Az

"Acı təcrübəmiz, Gürcüstan və Ukraynanın başına gələnlər Rusiyanın "təhlükəli" qonşu olduğunu göstərir"

Cəmiyyət
 9-01-2024, 13:01     135

Rusiyanın sülhməramlı kontingenti Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatına uyğun olaraq münaqişəsi zonasına yerləşdirilib. Sülhməramlıların bölgədə 5 il, yəni 2025-ci ilin noyabrına qədər müddətin daha da uzadılması imkanı ilə qalması nəzərdə tutulub. 2023-cü il 19-20 sentyabr bir günlük lokal antiterror əməliyyatından sonra şərtlər dəyişdi. Artıq Rusiya sülhməramlı qüvvələrinə sözün əsl mənasında ehtiyac yoxdur.


Ağ Partiya başqan müavini Əhəd Məmmədli Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Azərbaycanda olan Rusiya sülhməramlı qüvvələrinin fəaliyyət müddəti 2025-ci ilə qədərdir.


Əhəd Məmmədli 
Əhəd Məmmədli

"Rusiya təhlükəli qonşudur. Biz əsas məqsədimizə nail olduq. Rusiya sülhməramlılarının nəzarətində olan əraziləri nəzarətə götürdük. Suverenliyimizi tam bərpa etdik. Müstəqilliyimizi bərpa etdikdən sonra ilk dəfə bütöv Azərbaycan olduq. İndi də çalışmalıyıq ki, 2025-ci ilə qədər Rusiya sülhməramlı qüvvələrini geri göndərək"-deyən politoloqun fikrincə, bu qərar da birdən-birə, ultimativ formada və s. icra olunmur.


“Rusiya hələ də təhlükəli və böyük bir qonşudur. Ötən əsrin 1990-ci illərində ultimativ formada Rusiya ilə bir dəfə danışmışıq. Sonda Tərtərə qədər bizi qovmuşdular. Yəni bunu unutmamalıyıq. Bu səbəbdən də, acı tariximizdən də nəticə götürməliyik. Həm də indiki Ukraynanın vəziyyətinə baxaq. Ukrayna Azərbaycandan 4 dəfə böyük ölkədir. Ukraynanın Rusiya ilə ultimativ dillə danışmaq istəyəndən sonra nə vəziyyətə düşdüyünü gördük. Eynən də Gürcüstanın vəziyyətini yadımıza salaq. Bütün bunları nəzərə alaraq, ona uyğun davranmaq və 2025-ci ilin müddəti tamamlananda rusları burdan çıxartmaq lazımdır.


Belə bir atalar misalı var: "Oha var dağa çıxarır, Oha var dağdan endirir”. İndi biz də elə etməliyik. Elə “oha” etməliyik ki, bu bizim üçün problemsiz ötüşsün”-deyən politoloq vurğulayıb ki, Azərbaycan kiçik ölkədir və öz təhlükəsizliyini qorumalıdır. Hər bir addımda siyasi reallıqları da nəzərə almaq lazımdır.скачать dle 12.1