Bia.Az

Amerikanın erməni dili - ZİBİLƏ DÜŞMÜŞÜK...

Cəmiyyət
 9-01-2024, 12:42     146

Bu yaxınlarda ABŞ Azərbaycanı dini etiqad azadlığını ciddi şəkildə pozduğu iddia edilən ölkələrin xüsusi siyahısına salıb. ABŞ dövlət katibi Entoni Blinken illik “pozucular” siyahısını açıqlayarkən, artıq ötən ilki “qara siyahı”da olan 12 ölkənin hamısını siyahıda saxlayaraq, Əlcəzair, Azərbaycan, Mərkəzi Afrika Respublikası, Komor adaları və Vyetnamı dini etiqad azadlığını ciddi şəkildə pozan ölkələr sırasına əlavə edib.

ABŞ-ın Azərbaycana qarşı qərəzli münasibətinin daha bir göstəricisi, təbii ki, hiddətə səbəb olur, xüsusən də absurd hesabatın müəllifinin Daniella Aşbaxyanın rəhbərlik etdiyi dövlət komissiyasının ictimai xidməti olduğunu nəzərə alsaq.

Bu şəxs əvvəllər ABŞ-ın ən böyük erməni lobbi təşkilatı olan Amerika Erməni Assambleyasının (ANKA) direktorlarından biri olub. Məhz buna görə də hesabatda ermənilərin Azərbaycanın əvvəllər işğal olunmuş ərazilərində vəhşilikləri, Azərbaycan xalqının tarixi-mədəni irsinin dağıdılması və mənimsənilməsi, məscidlərin və müsəlman qəbiristanlıqlarının təhqir olunmasından bəhs edilməyib. Dövlət Departamentinin biabırçı hesabatında erməni işğalçılarının məscidlərdən mal-qara, o cümlədən donuz saxlamaq üçün yer kimi istifadə etmələri barədə də heç nə deyilmir.

Təəssüf ki, bu təkzibedilməz faktlar ABŞ Dövlət Departamentinin hesabatında öz əksini tapmadı. Beləliklə, erməni lobbisi ilə flört edən Amerika siyasətçiləri Azərbaycanda özlərinə olan inam qalıqlarını itirirlər. ABŞ qərəzli hesabat dərc etməklə Azərbaycana qarşı obyektiv mövqe tutmayan ölkə reputasiyasını növbəti dəfə təmin etdi.

Aydındır ki, Azərbaycanın ərazi bütövlüyünün tam bərpası və ölkəmizin Cənubi Qafqazda aparıcı rolunun güclənməsi Vaşinqtonda çoxlarını narahat edir. O dərəcədə ki, onlar antisemitizm hallarının tez-tez baş verdiyi sevimli Ermənistanda cərəyan edənləri görmürlər. Amerika siyasətçiləri və rəsmiləri Azərbaycanla Ermənistan arasında sülhün bağlanmasında vasitəçi olmaq istəkləri barədə danışmağı unutmayaraq, bu barədə susmağa üstünlük verirlər.

Qərəzli hesabatın dərci fonunda erməni katolikosu II Qareginin Milad xütbəsindəki sözləri çox maraqlı görünür - o, təəbələrini “birliyə və Azərbaycanın ekspansionist istək və təcavüzlərinə mane olmaq üçün bütün potensialdan istifadə etməyə çağırır”.

“Bizim üçün Artsax heç vaxt keçmişə çevrilməyəcək. Biz Artsax xalqının hüquqlarını qorumaq üçün hər cür səy göstərərək, onu qəlbimizdə və ruhumuzda yaşatmağa davam edəcəyik”, - deyə katolikos bildirib.

Gördüyümüz kimi, erməni kilsəsi öz təəbələrini fəal şəkildə qızışdırmaqda, revanşist ideyalar irəli sürməkdə, Azərbaycana qarşı düşmənçilik və nifrət yaratmaqda davam edir. Və sadəlövhcəsinə inanmamaq lazımdır ki, erməni kilsəsi yalnız moizələrdə radikal siyasi prinsipləri tətbiq etməklə kifayətlənəcək.

Erməni kilsəsinin bütün tarixi aydın göstərir ki, o, öz təbəələrini qonşu xalqlar və dövlətlərlə nifrətə və müharibəyə sövq edib. Bu gün Ermənistanın taleyini hakimiyyət və xalqın deyil, kənar oyunçuların həll etdiyi fəlakətli vəziyyətə düşməsinin əsas günahkarlarından biri də məhz erməni kilsəsidir.

Ən əsası isə odur ki, Ermənistanın sülhsevər gələcəyinin qurulması naminə erməniləri birləşməyə çağıran II Qaregin demir ki, bütün bunlar yalnız Azərbaycanla sülh əldə olunduğu halda mümkündür. Amma sülhün əldə olunması prosesində səyləri dəstəklədiyini dəfələrlə bəyan edən Blinken indi erməni kilsəsinin dağıdıcı rolunu görmür, əvəvzində Azərbaycanı dini etiqad azadlığını pozmaqda ittiham edir...

AYNA.az
скачать dle 12.1