Bia.Az

Jurnalist yenidən istintaqa çağırıldı

Cəmiyyət
 9-01-2024, 12:21     172

Jurnalist Nərgiz Absalamova bu gün yenidən Bakı Şəhər Baş Polis İdarəsinə çağırılıb. JAMAZ.İNFO xəbər verir ki, bu barədə jurnalistin özü məlumat verib.

O bildirib ki, çağırış bu gün ona çatdırılıb: “Abzas Media işi” ilə bağlı yenidən BŞBPİ-yə dindirilməyə çağırıldım. Bu gün 15:00-da orada olacam”.
Qeyd edək ki, “Abzas media” saytının direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Vaqifqızı bir qədər əvvəl həbs olunublar. Onlar “qaçaqmaçılıq”da ittiham edilirlər. Saytın xaricdən maliyyələşdiyinə dair iddalar rədd edilsə də, bununla əlaqədar orada çalışan və kənar müəlliflərin də istintaqa çağırıldığı təsdiqlənib. İndiyə qədər Sahilə Aslanova, Hafiz Babalı, Toğrul Vəliyev, Nərgiz Abusalamova və digərləri BŞBPİ-yə çağrılaraq, ifadələri alınıb.скачать dle 12.1