Bia.Az

MƏŞHUR EKSTRASENS AÇIQLADI: 2024-cü ildə bizi nə gözləyir? - Azərbaycanda iri məmurlar işdən çıxarılacaq, İranda fəlakətlər olacaq

Cəmiyyət
 9-01-2024, 12:04     118

anınmış astroloq Səbuhi Rəhimli 2024-cü illə bağlı proqnozlarını Bakupost.az –la bölüşüb.

O bildirib ki, ötən ildən fərqli olaraq, əjdaha ilində daha çox sülh bərqərar olacaq.


“Bununla bağlı tarixi araşdırmışam. Rusiya-Ukrayna müharibəsi noyabr ayına qədər davam edəcək. May ayında isə Fələstin-İsrail müharibəsi bitəcək. Həmçinin, 2024-cü ildə Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi bağlanacaq”, - deyə o, qeyd edib.


S. Rəhimli əlavə edib ki, bu il Azərbaycanda bir çox məmurlar vəzifəsindən azad olunacaqlar:


“Təkcə icra başçılarının 40 faizindın çoxu dəyişəcək. Ümumiyyətlə, bir çox sahədə pensiya yaşını ötmüş məmurların əksəriyyəti dəyişəcək. Populyar olan məmurların bu il işdən çıxarılmasının şahidi olacağıq”.


Astroloq bir çox ölkələrdə hakimiyyət dəyişikliyinin olacağını da dilə gətirib:


“ABŞ-da keçirilən prezident seçkisində nə Bayden seçiləcək, nə də Tramp.


Zelenskinin payıza doğru hakimiyyəti itirmək şansı yüksəkdir. Paşinyan isə fevralın sonuna qədər hakimiyyətdə qalmağı bacarsa, qalacaq. Onun üçün fevral çətin ay olacaq. Eyni zamanda, bu il İranı çox böyük fəlakətlər gözləyir”.

скачать dle 12.1