Bia.Az

Bakıda idman zalı karantində işə başladı - Müştərilər polisə aparıldı

Cəmiyyət
 29-07-2020, 19:23     415

Bakının Nərimanov rayonu ərazisində xüsusi karantin rejimi qaydalarına zidd olaraq gizli fəaliyyət göstərən idman zalı aşkar olunub.

Polis idarəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı Həsən Əliyev küçəsi 50 ünvanında yerləşən Qəhrəman İbrahimova məxsus “GYMCİTY” idman zalının işlədiyi və içəridə müştərilərin olduğu aşkar edilib. Obyektə baxış zamanı oranın sahibi və daha 3 nəfər müştəri xüsusi karantin qaydalarını pozduqları üçün saxlanılaraq polis idarəsinə gətiriliblər.
Xüsusi karantin qaydalarını pozan obyekt sahibi və müştərilər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə ciddi intizam tədbirləri görülüb.

Obyekt sahibi və müştərilərə ciddi xəbərdarlıq edilərək bildirilib ki, xüsusi karantin rejimi dövründə növbəti belə bir halın təkrarlanacağı təqdirdə onları inzibati həbs cəzası gözləyəcək.

BİA.az


скачать dle 12.1