Bia.Az

Bakıda mərkəzi kanalizasiya sistemi ilə bağlı vəziyyət: Qurğular var, amma işləmir

Cəmiyyət
 8-01-2024, 20:55     176

Bakı əhalisinin təqribən 72%-i mərkəzləşdirilmiş kanalizasiya sistemi xidmətlərindən istifadə edə bilir.

Bu barədə Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş Planında qeyd edilib.

Məlumata görə, şəhərin mərkəz hissəsi kanalizasiya sistemi ilə tam, Binəqədi, Sabunçu, Suraxanı, Qaradağ, Xəzər rayonlarının qəsəbələri isə qismən təmin olunub:

“Abşeron yarımadasının kanalizasiya şəbəkəsinə 11 tullantı su hövzəsi daxildir. Bunlardan üçü - Hovsan I, Xırdalan və Lökbatan mərkəzi Bakının ən sıx məskunlaşmış və bitişik ətraf əraziləri əhatə edir. Hövsan I Bakı və Abşeron yarımadasının əsas tullantı su hövzəsidir. Hazırda Hövsan I hövzəsində tullantı suları üç əsas kollektor vasitəsilə toplanır. Bunlar Sənaye kollektoru, Dairəvi kollektor və Sahil kollektorudur”.
Plana əsasən, Dairəvi və Sahil kollektorlarının tullantı suları Zığ nasos stansiyasına axıdılır. Buradan tullantı suları Hövsana vurulur. Lökbatan tullantı su hövzəsi 60 923 hektar ərazini əhatə edir. Hövzə ərazisinə sıx məskunlaşmış ərazilər, kənd tipli yaşayış məntəqələri və bir neçə göl daxildir. Lökbatan hövzəsinin aşağı hissəsi həmin əraziyə (Qu və Qırmızı göllərin sahillərinə) bu yaxınlarda iki iri ticarət mərkəzinin köçürülməsindən sonra çox inkişaf edib. Xırdalan hazırda Hövsan I tullantı su hövzəsinin ərazisində yerləşir. Tullantı suları bir neçə nasos stansiyası vasitəsilə Hövsan Tullantı Su Təmizləyici Qurğusuna (TSTQ) axıdılır.

Abşeronun digər tullantı su hövzələrinə Hövsan II, Sumqayıt, Pirşağı, Şüvəlan, Türkan, Pirallahı, Müşviqabad, Sanqaçal və Ələt hövzələri daxildir.

“Bu ərazilərdə ümumilikdə sıxlıq azdır, yuxarıda müzakirə edilən hövzələrin ərazisindən daha az urbanizasiya olunub və mərkəzləri çox kiçik ərazini əhatə edir. Bu səbəbdən, sözügedən hövzələr “kənd” hövzələri adlandırılır. Kənd hövzələrinin ərazilərində kanalizasiya sistemi qeyri-qənaətbəxş səviyyədə təmin olunub. Belə ki, bu hövzələrin ərazilərinin yalnız 25%-də mərkəzləşdirilmiş kanalizasiya sistemi təmin olunub. Hövzələrin ərazisində Şüvəlan, Buzovna, Sahil və Sumqayıtda quraşdırılan TSTQ-lər mövcuddur. Pirallahı (Xəzər Sukanal İdarəsi tərəfindən idarə olunur) və Pirşağıda da TSTQ-lər var, lakin bu qurğular hazırda işləmir”, - planda qeyd olunub.
скачать dle 12.1