Bia.Az

Ermənistan hökuməti - KİM HANSI VƏZİFƏDƏ

Cəmiyyət
 8-01-2024, 19:24     184

BİA.az xəbər verir ki, novator.az Ermənistan hökumətinin qismən yenilənmiş tərkibinə nəzər salıb: Nikol Paşinyan – baş nazir, Mger Qriqoryan, Tiqran Xaçatryan – baş nazirin müavinləri, Ararat Mirzoyan – xarici işlər naziri, Suren Papikyan – müdafiə naziri, Qriqor Minasyan – ədliyyə naziri, Vaqe Kazaryan – daxili işlər naziri, Vaan Kerobyan – iqtisadiyyat naziri, Vaqe Ovannisyan – maliyyə naziri, Mxitar Ayrapetyan – yüksək texnologiyalar sənayesi naziri, Qnel Sanosyan – ərazi idarəçiliyi və infrastruktur naziri, Narek Mkrtçyan – əmək və sosial məsələlər naziri, Janna Andreasyan – elm, təhsil, mədəniyyət və idman naziri, Anait Avanesyan – səhiyyə naziri, Akop Simidyan – ətraf mühit naziri.

Hökumət bu qurumlar da var: Xarici Kəşfiyyat Xidməti, Milli Təhlükəsizlik Xidməti, Dövlət Nəzarəti Xidməti, Dövlət Mühafizəsi Xidməti, Dövlət Gəlirləri Komitəsi, Şəhərsalma Komitəsi, Statistika Komitəsi, Kadastr Komitəsi, Nüvə Təhlükəsizliyi Komitəsi, Şəhərsalma, Texniki Təhlükəsizlik və Yanğın Təhlükəsizliyi Müfəttişliyi, Təhsil Müfəttişliyi, Bazara Nəzarət Müfəttişliyi, Səhiyyə və Əmək Müfəttişliyi, Təbiəti və Yerin Təkini Mühafizə Müfəttişliyi, Ərzaq Təhlükəsizliyi Müfəttişliyi.

1975-ci il təvəllüdlü Nikol Paşinyan Vətəndaş Sazişi Partiyasının sədridir. 2012 və 2017-ci illərdə parlamentin deputatı seçilib. Baş nazir kürsüsünə 2018-ci il mayın 8-də xalq inqilabı dalğasında oturub.

2018-ci il dekabrın 9-da keçirilmiş parlament seçkisini Nikol Paşinyanın “Mənim addımım” bloku, 2021-ci il iyunun 20-də keçirilmiş parlament seçkisini Vətəndaş Sazişi Partiyası udub.

107 yerlik parlamentdə Vətəndaş Sazişi Partiyası 71 mandatla təmsil olunur.скачать dle 12.1