Bia.Az

Vüqar Novruzov Naftalanı nimdaş günə qoyub

Cəmiyyət
 8-01-2024, 13:34     220

Naftalan şəhər icra Hakimiyyətinin başçısı Vüqar Novruzov şəhərdə fəaliyyət göstərən iş adamlarına maneçilik törədir.

Bu barədə AzFakt.com-un əldə etdiyi məlumatda vurğulanır.

“2019-cu ildən Naftalan şəhər İcra Hakimiyyətinə başçılıq edən Vüqar Novruzov bu illər ərzində yerli sahibkarların problemləri ilə maraqlanmayıb. Vaxtilə bütün dünyada kurort şəhəri kimi ad qazanmış Naftalanda bu gün bu sahə məhv olmaqdadır. Azərbaycana yüz milyonlarla xarici valyuta gətirməyə qadir olan bu sanator şəhər naşı bir başçının əlində əsir-yesir qalıb”-deyə məlumatda qeyd edilir.

Daha bir iddia isə Vüqar Novruzovun şəhərə rəhbərlik etdiyi son illərdə Naftalanda yeni layihələrin olmamasıdır:

“Dörd ildir ki, Vüqar Novruzov Naftalan şəhərinə rəhbərlik edir. Bu illərdə ətraf rayonlarımız hamısı sürətlə inkişaf edib. Qonşu rayonlarımızın hamılsında yeni xidmət sektorları, iş yerləri, istehsal müəssisələri formalaşıb. Amma Naftalanda bir dənə də olsun obyekt tikilməyib. Vüqar Novruzov bu dörd ildə Naftalanda bir dənə də olsun yeni iş yeri açmayıb. Naftalana investisiya yatırmaq istəyən iş adamları bura gələn kimi qorxub qaçırlar, çünki hər yerdə, hər yanda nimdaşlıq hökm sürür”.

Qeyd edək ki, Vüqar Novruzov 2019-cu ilin dekabr ayında Naftalan Şəhər İcra hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.

O, bundan əvvəl Xəzər rayon İcra hakimiyyəti başçısının müavini vəzifəsini tutub.

Naftalan şəhər İcra Hakimiyyətinin fəaliyyəti ilə bağlı geniş məqaləmizi yaxın günlərdə oxucularımıza təqdim edəcəyik.

Məsələ ilə Nagtalan Şəhər İcra Hakimiyyətinin mövqeyini dərc etməyə hazırıq.скачать dle 12.1