Bia.Az

Erməniləri Qarabağa qaytarmaq cəhdi... - və ya utanmasan, oynamağa nə var ki...

Cəmiyyət
 6-01-2024, 18:18     204

Azərbaycan Prezidenti İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqa müraciətində önəmli nüanslardan biri də azərbaycanlıların işğaldan azad edilmiş ərazilərə - xüsusilə, Xankəndi və Xocalı kimi şəhərlərə qayıdışı ilə bağlı dedikləri idi. Ölkə başçısı qeyd edib ki, 2024-cü ildə bir neçə yaşayış məntəqəsinə keçmiş köçkünlər, qaçqınlar qayıdacaqlar: “Bu müjdəni mən onlara vermək istəyirəm və bildirmək istəyirəm ki, il ərzində Kərkicahan, Malıbəyli, Turşsu kəndləri tam bərpa edilib keçmiş köçkünlərin sərəncamına veriləcək. Eyni zamanda, il ərzində Xocalı və Xankəndi sakinləri də öz evlərinə qayıdacaqlar”.

Məlumdur ki, ötən ilin sentyabrında Azərbaycan Ordusunun keçirdiyi bir sutkalıq antiterror əməliyyatından sonra Qarabağı könüllü tərk etmiş ermənilərin yenidən qayıdışı məsələsi Ermənistan və xarici dairələrdə gündəmə gətirilir. Ekspertlər bildirirlər ki, Prezident azərbaycanlıların Xankəndiyə qayıdışının anonsunu verməklə həm Ermənistana, həm də xaricdəki dairələrə mesaj vermiş oldu.

Mövzu ətrafında AYNA-nın suallarını cavablandıran Strateji Tədqiqatlar Mərkəzinin rəhbəri, politoloq Natiq Miri deyib ki, ki, Prezident İlham Əliyevin xalqa ünvanladığı bayram təbrikindəki mesajlar içərisində ən önəmli məsələ Qarabağa, xüsusilə, Xankəndi və Xocalıya əhalinin qayıdışı ilə bağlı idi:

- Bu, sadəcə məlumat deyildi, ədalətin bərpa olunduğunun mesajı idi. Zamanında Azərbaycan xalqına qarşı zülm edilmişdi. Bunun qisası alındı və insanlar doğma yurduna qayıdacaqlar.

Bu gün Qarabağda yaşamış, antiterror əməliyyatından sonra öz xoşu ilə Ermənistana köçən ermənilərin dönüşü qabardılır. Bundan sui-istifadə edən, ermənilərin köçündən manipulyasiya edən qüvvələr var. Söhbət xarici qüvvələrdən gedir. Məqsəd də Azərbaycana təzyiq etməkdir. Qərbdə və Rusiyada olan anti-Azərbaycan qüvvələri Qarabağdan öz xoşu ilə gedən ermənilərdən alət kimi istifadə etmətyə çalışırlar. Hesab edirəm ki, Qarabağdan gedən ermənilər özləri nəticə çıxarmalıdırlar. Onlar unutmasınlar ki, azərbaycanlılara qarşı soyqırımları törədiblər. Söhbət ondan gedir ki, Qarabağda yaşamış ermənilərin böyük əksəriyyəti birbaşa və dolayı yolla Azərbaycan xalqına qarşı törədilən cinayətlərdə iştirak ediblər. Hər bir erməni ailəsinin bu cinayətlərdə əli var. Vaxtilə ermənilərlə birgə yaşamış azərbaycanlılar onların əməllərini unutmayıblar. Onlar necə qayıdıb yenidən heç nə olmamış kimi yaşaya biləcəklər? Düzünü desəm, inanmıram ki, köç edən ermənilər Qarabağa qayıtmaq istəyirlər. Amma bunlar elə üzsüz millətdirlər ki, içlərində qayıtmaq istəyənlər də ola bilər. Atalar misalında deyildiyi kimi, utanmasan, oynamağa nə var ki... Ermənilər utanmaz olaraq, qayıtmaq istəyə bilərlər.

- Azərbaycan cinayət törətməmiş ermənilərin vətəndaşlığı qəbul edəcəyi təqdirdə yaşaya biləcəyini bəyan edib...

- Əlbəttə, bu, olmalıdır. Bu, dövlətin siyasətidir, rəsmi Bakı belə də bəyan etməlidir. Amma nəzərə almaq lazımdır ki, bu gün azərbaycanlılar öz yurdlarına qayıdırlar, sabah Qarabağa qayıtmaq istəyən ermənilər bir daha düşünməlidirlər. Azərbaycanın beynəlxalq humanitar hüquq çərçivəsində siyasətinə rəğmən hər bir erməni anlamalıdır ki, azərbaycanlılar onların başlarına gətirilən fəlakətləri unutmayıblar. Qarabağa qayıdıb azərbaycanlılarla birgə yaşamaq istəyən ermənilər başa düşsünlər ki, onların ailəsindən heç bir üzv soyqırımılarda, qətliamlarda iştirak etməmiş olmalıdırlar. Çünki onların kimliklərini azərbaycanlılar unutmayıblar, üzləri hər kəsin yaddaşındadır. Meşəlidə soyqırımı törədən Vaqif Xaçatryanın Bakıdakı məhkəməsində bunun bir daha şahidi olduq. Xaçatryanın məhkəməsində iştirak edən azərbaycanlılara baxın. Hətta 80 yaşında azərbaycanlı belə, Xaçatryanın sifətini unutmamışdı. Bu, bütün ermənilərə aiddir. Biz bilirik ki, hansı erməni hansı cinayəti törədib, hansı cinayətdə əli olub. Onlar azərbaycanlılarla birgə necə yaşayacaqlar, hansı üzlə azərbaycanlılara salam verəcəklər? Ermənilər Qarabağa qayıtmaq istəyirlərsə, iki dəfə düşünməlidirlər.

- Sanki ermənilərin Qarabağa qayıdışında Ermənistan hakimiyyəti o qədər də maraqlı deyil...

- Əlbəttə, maraqlı deyil. Nikol Paşinyan hakimiyyəti Qarabağdan getmiş ermənilərin yenidən Qarabağa qayıtmasını istəmir. Paşinyan iqtidarı hətta həmin ermənilərin Ermənistan ərazisində də qalmasında maraqlı deyil. Onların xaricə köç etməsi Paşinyana sərf edir. Bu gün Qarabağdan gedən 10 minlərlə ermən Ermənistanı tərk edib, xaricə üz tutub. İmkan tapa bilməyən, Ermənistandan gedə bilməyənləri də Paşinyan hökuməti İrəvanda yox, daha çox Azərbaycanla sərhəddə, xüsusilə də Zəngəzurda yerləşdirmək istəyir. Paşinyan iqtidarı anlayır ki, Qarabağdan gedən ermənilərin İrəvanda olması hakimiyyətə təhlükədir. Nəzərə almaq lazımdır ki, on minlərlə erməni Qarabağdan köç etdi ki, bu, Ermənistan kimi balaca ölkə üçün ciddi narazı elektorat deməkdir. Paşinyan bu başağrısını istəmir.

O başqa məsələdir ki, Qarabağdan gedən ermənilərin Qarabağa qayıtması məsələsindən rəsmi İrəvan Bakıya qarşı istifadə etməyə çalışır. Bu Ermənistanın da aznti-Azərbaycan siyasətində manipulyasiya alətidir. Zaman zaman-istifadə edib, yəqin ki, bundan sonra da edəcək.

- Azərbaycan bu manipulyasiyalara qarşı hansı adekvat addımı ata bilər və atmalıdır?

- Bu gün Azərbaycanın mövqeyi çox güclüdür və bu mövqe beynəlxalq hüquqa uyğundur. Zamanında, 1988-ci ildə başlayan prosesdə ilk nəticələr o oldu ki, Ermənistanda yaşayan yüz minlərlə azərbaycanlı zorla – döyülərək, öldürülərək öz yurd-yuvalarından çıxarıldı. Bu gün ermənilərin Qarabağa qayıdışı məsələsindən danışılırsa, o zaman eyni beynəlxalq humanitar hüquq Ermənistandan deportasiya edilmiş Qərbi Azərbaycan İcmasına da aid edilməlidir. Bu, güzgü xarakterli proses olmalıdır. Hesab edirəm ki, Azərbaycan istənilən diplomatik masada sözügedən məsələni gündəmə gətirməlidir. Ermənilərin qayıdışı beynəlxalq hüquqa aiddirsə və onların təhlükəsizliyinə Azərbaycan dövləti təminat verirsə, o zaman Ermənistan da Qərbi Azərbaycandan olan azərbaycanlıların yurdlarına qayıdışına, onların təhlükəsizliyinə təminat tanımalıdır. Bu gün Ermənistan hökuməti buna razıdırmı? Əlbəttə, yox. Çünki bu, erməni ictimai rəyində hələ də potensial təhlükə kimi görünür.
скачать dle 12.1