Şam yandırmağa gedən Şahramanyan “Azadlığ"ın Qarabağ haqda suallarına cavab vermədi… - VİDEO

Erməni kilsəsinin qondarma “artsax” yeparxiyasının rəhbəri yepiskop Vrtanes Abramyan tərəfindən Üçmiədzindəki “Müqəddəs Qayan” kilsəsində şam yandırma mərasimi keçirilib. Mərasimdə gorbagor “artsax”ın sonuncu üzdəniraq “prezidenti” Samvel Şahramanyan, bütün ermənilərin katolikosu II Qaregin, ləğv edilmiş separatçı-terrorçu rejimin qondarma “qanunvericilik və icra orqanları”nın müxtəlif “rəsmi”ləri iştirak ediblər.
Moderator.az xəbər verir ki, bu haqda “Azadlıq” radiosunun erməni bürosu (“Azatutyun”) məlumat yayıb.
Məlumata görə, liturgiyada əksəriyyəti Qarabağdan köçmüş haylar olan yüzlərlə vətəndaş da iştirak edib.
Liturgiyadan öncə Samvel Şahramanyan "Azadlıq"ın “artsax”ın statusu və Qarabağdan köçmüş hayların gələcək qayıdışı ilə bağlı suallarına cavab verməkdən imtina edib.
Xatırladaq ki, Azərbaycan ordusunun sentyabrın 19-20-də keçirdiyi bir sutkalıq əməliyyatdan sonra təslim olmuş separatçı-terrorçu rejimin sonuncu rəhbəri S.Şahramanyan sentyabrın 28-də 2024-cü il yanvarın 1-dək xuntanın bütün qurumlarının fəaliyyətini dayandıracağı haqda “fərman” verib...