Bia.Az

Tələbə təsdiq edilməmiş sətəlcəmdən vəfat edib

Cəmiyyət
 5-01-2024, 17:06     265

Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbəsi Sevil İbayeva yanvarın 4-də qızılca şübhəsi ilə daxil olduğu Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında vəfat edib, xəbəri yerli KİV-lər yayıb. 

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən Turan-a bildiriblər ki, qız ağır vəziyyətdə xəstəxanaya gətirilib və reanimasiya şöbəsinə yerləşdirilib.
"Ona "təsdiq edilməmiş sətəlcəm" diaqnozu qoyulub. Zəruri tibbi yardımın göstərilməsinə baxmayaraq, yanvarın 4-də o, vəfat edib", deyə xəstəxanadan bildiriblər.

Qeyd edək ki, son vaxtlar Azərbaycanda qızılcaya yoluxma halları artıb. Xəstələnənlərin rəsmi statistikası açıqlanmasa da, qeyri-rəsmi məlumatlara görə, yüzlərlə insan bu xəstəliyə yoluxub. Ən az beş nəfər qızılcadan dünyasını dəyişibскачать dle 12.1