Bia.Az

Sülhməramlı qüvvələr Qarabağı nə zaman tərk edəcək? - HƏQİQƏTƏN DƏ...

Cəmiyyət
 4-01-2024, 16:05     203

“Sülhməramlı qüvvələrin Qarabağ ərazisindən çıxarılması ancaq iki dövlət arasında razılıqla həyata keçirilməsi mümkündür. Bu Azərbaycan və Ermənistan arasında imzalanmış 10 noyabr 2020-ci il sazişinə uyğun ola bilər”.

Bu sözləri Moderator.az-a açıqlamasında millət vəkili Arzu Nağıyev bildirib.

“Çünki həmin sazişə uyğun olaraq Rusiya sülhməramlı qüvvələri məhz Qarabağ ərazisinə yerləşib. Məlumdur ki, sülhməramlı qüvvələrin əsas missiyası münaqişə tərəfləri arasında olmaq, heç bir tərəfə birmənalı şəkildə yardım göstərməmək, əgər problem yaranarsa münaqişəni tənzimləməkdir. Məlumdur ki, bu gün antiterror əməliyyatlarından sonra Qarabağ ərazisində 15 minlik separatçı ordu artıq Azərbaycan ərazisindən qovulub və orda ciddi bir təhlükə yoxdur. Sülhməramlı qüvvələrin də 10 noyabr sazişinə uyğun olaraq müddəti 2025-ci ilin noyabır ayına qədərdir. 2025-ci ilin noyabr ayında çıxmasına 6 ay qalmış artıq onların orda qalıb qalmaması tənzimlənməlidir. Mən düşünürəm ki, əgər münaqişə yoxdursa, sülh müqaviləsi imzalandıqdan sonra ümumiyyətlə bu problem kökündən həll olunmalı və onlar Azərbaycan ərazisini tərk etməlidir. Bir məqam da ondan ibarətdir ki, bu gün Ermənistanın Qarabağa hər hansı bir adiyatı yoxdur. Qarabağ suveren Azərbaycan torpağıdır. Bu məsələnin də həlli birmənalı şəkildə Azərbaycan tərəfindən həyata keçirilə bilər. Çünki, Ermənistanın hər hansı bir iddia qaldırmağa da səlahiyyəti yoxdur. Əsas məqam da ondan ibarətdir ki, Azərbaycan özü sülhməramlı qüvvələrin qalıb qalmaması problemini həll edir və edəcəkdir də. Düşünürəm ki, bu sühməramlı qüvvələr mandatlarına uyğun olaraq həmin ərazidə qalmayacaqlar, öz vaxtında, bəlkə də vaxtından tez həmin ərazini tərk edəcəklər”.
скачать dle 12.1