Bia.Az

“Bentley Füzuli” vəfat etdi

Cəmiyyət
 28-07-2020, 11:04     454

Tanınmış iş adamı Füzuli Fərəcov vəfat edib. Onun koronavirusdan dünyasını dəyişdiyi deyilir.
“Yeni Sabah” xəbər verir ki, iş adamı ötən gün dünyasını dəyişib. Məlumata görə, uzun müddətdir diabet xəstəsi olan F.Fərəcov bir neçə gün əvvəl koronavirusa yoluxub və bu gün dünyasını dəyişib.
Xatırladaq ki, F.Fərəcov "Mohito” və "Paradise” və daha bir neçə gecə klublarının, Novxanıdakı "Kalyon” restoranının sahibidir.
Onu da qeyd edək ki, F.Fərəcovun adı 2017-ci ildə oğlunun lüks avtomobillə piyadanı vuraraq öldürməsi ilə gündəmə gəlmişdi. F.Fərəcovun oğlunun "Porsche" ilə qəza törədən zaman 14 yaşı var idi.

BİA.az
скачать dle 12.1