Bia.Az

Sovet bayrağını əldən qoymayanların ŞƏRQİSİ... - BUNUN BAŞQA ADI YOXDUR...

Cəmiyyət
 2-01-2024, 21:44     187

2 gündür gedən müzakirədə Zeynəb Xanlarova sadəcə bəhanədir. Biz keçmişdən ayrılmağa qorxan toplumuq. Daha doğrusu yeniliyə adaptasiya olunmaqla bağlı fobiyamız var. Zeynəb bizim yaddaşımız deyil, fobiyamızın yardımçısıdır. Tək Zeynəb Xanlarovanı yox, elə o vaxt yarısı leş və siçan-siçovul əti olan kolbasanı da əfsanələşdiririk. Bu qorxuya haqq qazandırmaq üçün nağıllar düzüb qoşuruq. Soruşsanız ki, bəs Müslüm Maqomayev, Rəşid Behbudov və digər korifeylər. Bax dərd bundadır. Rəşid və Müslüm daha yüksək müstəvi idi. Elə indiki kimi onda da əksəriyyətimiz o müstəvi ilə ayaqlaşmırdıq. Ona görə də əksəriyyətin yenilikdən qorxma fobiyasını ifadə etmək müstəvisi məhz Zeynəb Xanlarovadır. Yenilikdən qorxmağı dəf eləmək lazımdır məncə.

P.S. Sovet vaxtı kolbasa fabriklərində gecə sakitliyində bütün qurğuları yarım saatlıq söndürürdülər. Bütün siçan, siçovul daraşırdı qurğudakı ətin üstünə. Və qurğular işə salınır. Son məhsulda oğurlanmış ətin çəkisi balanslaşdırılırdı.

Müəllif: Rasim İsmayılov
Təqdim etdi: DİA-AZ.İNFO (Ərsoyun Bloqu)
скачать dle 12.1