Bia.Az

”Hara gedir bu dünya?..” - FOTO

Cəmiyyət
 2-01-2024, 03:03     260

Şair-jurnalist Elxas Comərdin həyatın müxtəlif sahələrini əhatə edən şeirlərindən ibarət kitabı işıq üzü görüb.

Bu barədə Becan.az-a müəllifin özü məlumat verib.

Uzun müddətdir jurnalistlik fəaliyyəti göstərən Elxas Comərd, ömrünün müxtəlif illərində qələmə aldığı şeirlərini bir kitabda toplayaraq, oxucuların mütaliəsinə verib. Qeyd edək ki, “Hara gedir bu dünya?..” adlı kitab şairin ilk kitabıdır.

Kitabda müxtəlif səpgidə yazılmış şeirlər və bir poema yer alıb. Ədəbiyyatda qələmini lap gənlik yaşlarından sınamağa başlayan Elxas Comərdin poeziya dili özünəməxsusluğu ilə seçilir. Şairin vətənpərvərlik, millətsevərlik və köhnə adətləri özündə əks etdirən şeirləri xüsusilə diqqəti cəlb edir.

Şeirlərinin diliylə, ruhuyla dünyada ədalət axtaran şairə yeni-yeni uğurlar arzulayırıq. İnanırıq ki, ədəbiyyatsevərlər Elxas Comərd poeziyasından qidalana biləcəklər.


скачать dle 12.1