Bia.Az

“Xalqıma lazımı dəstəyi verəcəm” – Lotu Quli

Cəmiyyət
 27-07-2020, 11:09     330

BİA.az xəbər verir ki, bu sözləri Türkiyədə yaşayan azərbaycanlı “oğru” Nadir Səlifov (“Lotu Quli”)  bildirib. O, bu fikirləri azərbaycanlıların müxtəlif ölkələrdə ermənilərin hücumlarına məruz qalması kontekstində yazıb. 
Nadir Səlifov əlavə edib ki, azərbaycanlılara  Rusiya və digər ölkələrdə lazımı dəstəyi verəcək.
Qeyd edək ki, Ermənistanın 12 iyulda Tovuz istiqamətində törətdiyi hərbi təxribatdan sonra xaricdəki ermənilər müxtəlif ölkələrdə azərbaycanlılara qarşı hücumlar təşki etməyə başlayıb. Bu hücumlar ABŞ-ın Los-Anceles şəhərində və Belçikanın paytaxtı Brüsseldə görünməmiş zorakılıqla müşayiət olunub. Hazırda bu məsələ dünyanın gündəmindədir. Ermənilərin əməlləri pislənilsə də, onların yeni hücumlar planlaşdırdıqları barədə xəbərlər var.

BİA.az
скачать dle 12.1