Bia.Az

Yüzlərlə dəmirağacı düşməncəsinə kəsilib – Muxtar Babayev buna da səssiz qalacaq? (Video)

Cəmiyyət
 29-12-2023, 23:21     213

Cəlilabad meşəbəyliyinin 9 sayli dolayında kütləvi qırıntı faktları aşkarlanıb.

Ekofəal Məhəmməd Adiyevin Aztoday.az-a təqdim etdiyi görüntülərdən məlum olur ki, dolayda “Qırmızı kitab”a düşmüş, Azərbaycan təbiətinin ən nadir bitkisi olan dəmirağacı ağacları belə kütləvi şəkildə qırılıb.

Həmin görüntüləri təqdim edirik:

Ümid edirik ki, heç olmasa, bu dəfə Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev yüzlərlə dəmirağacının kəsilməsi ilə bağlı adekvat tədbir görəcək. Çünki 11 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin xidməti ərazisində minlərlə qırıntı faktına demək olar nazirlik səssiz qalıb və bəzi hallarda göndərilən yoxlamalar meşə mafiyasının qanunsuz əməllərini ört-basdır edib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin də münasibətini öyrənməyə cəhd edəcəyik.скачать dle 12.1