Bia.Az

"Avropa İnsan Haqları Məhkəməsi Xocalı faciəsinə "göz yumub" qərar verir"

Cəmiyyət
 28-12-2023, 03:05     206

Avropa İnsan Haqları Məhkəməsi “Narayan, Abovyan və digərləri” ilə bağlı Azərbaycana qarşı məhkəmə iddiası haqqında qərarını bildirib. Məhkəmənin qərarına görə, Azərbaycan həmin hərbçilərlə bağlı müraciət edən ərizəçilərə 16 min avro pul ödəməlidir.


Politoloq Elşad Həsənov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, bu şəxlsər 1995-ci il təvəllüdlü Edvard Narayan,1996-cı il təvəllüdlü Erik Abovyan, 1996-cı il təvəllüdlü Savaş Milikyan və 1990-cı il təvəllüdlü erməni əsgərləridir. Onlar 29 dekabr 2016-ci ildə Bitlis mövqeyində Tavuş vilayətinin Çinarlı kəndi yaxınlığında öldürülüblər.
Politoloq Elşad Həsənov Elşad Həsənov“Materiallara əsasən hadisədə görünür ki, Narayan və Abovyan səhər 8:30-da tualetə gedib, əl üzlərini yumağa gedəndə silahsız olublar və onların əlində su qabı olub və onlar həmin anda öldürülüblər. Güllə səsinə digər əsgərlər çıxıblar və atışma başlayıb. Savaş Mirikyan da həmin savaşda öldürülüb. Köməyə Ermənistanın silahlı birləşmələri gəliblər. Və 1 saatlıq atışmadan sonra hücum edən tərəf atəşi dayandırıb. Sonradan həmin sahəyə baxılan zaman görüblər ki, Azərbaycan əsgəri Çingiz Qurbanov öldürülüb və onun yanında da həmin ermənilərin meyitləri tapılıb. Onların iddiası budur ki, Azərbaycan tərəfi həmin bu hadisəni effektiv sürətdə araşdırmayıb, cinayət işi qaldırmayıb. Əksinə Azərbaycan əsgəri olan Çingiz Qurbanova ölümündən sonra "Azərbaycan Respublikasının Milli Qəhrəmanı" adı verilib. Bu iddia ilə ölən ermənilərin qohumları, bacıları və qardaşları ərizə ilə Avropa İnsan Haqları Məhkəməsinə müraciət ediblər. Məhkəmədə onların lehinə - hər birinə 16 min avro ödəmək haqqında qərar çıxarıb. Çox utancverici bir məsələdir.
Azərbaycanın 250 mindən artıq vətəndaşının Ermənistandan qovulub çıxarılması, onların əmlaklarının yağmalanması, bir çoxunun öldürülməsi, hətta böyük turbaya doldurulub ağzı qaynaq edilərək orada diri-diri öldürülməsi faktları var”-deyən politoloq bildirib ki, ermənilərin 30 il ərzində azərbaycanlılara qarşı vandallığını saymaqla bitməz. Politoloq qeyd edib ki, ermənilər Xocalıda 613 nəfəri uşaq, qadın, qoca demədən qətlə yetirib. Eyni zamanda digər işğal edilən ərazilərdə mülki əhalinin öldürülməsi faktları və Azərbaycana qarşı törədilən cinayətlər, faciələr var.
“Zori Balayan kitabında yazırdı: "Biz Xaçaturla Xocalıda ələ keçirdiyimiz evə girərkən əsgərlərimiz 13 yaşlı bir türk uşağını pəncərəyə mismarlamışdılar. Türk uşağı çox səs-küy salmasın deyə, Xaçatur uşağın anasının kəsilmiş döşünü onun ağzına soxdu. Daha sonra 13 yaşındakı türkün başından, sinəsindən və qarnından dərisini soydum. Saata baxdım, türk uşağı 7 dəqiqə sonra qan itirərək dünyasını dəyişdi. Ruhum sevincdən qürurlandı. Xaçatur daha sonra ölmüş türk uşağının cəsədini hissə-hissə doğradı və bu türklə eyni kökdən olan itlərə atdı. Axşam eyni şeyi daha 3 türk uşağına etdik. Mən bir erməni kimi öz vəzifəmi yerinə yetirdim. Bilirdim ki, hər bir erməni hərəkətlərimizlə fəxr duyacaq". Baxın, onlar öz dilləri ilə etdiklərini kitablarında belə etiraf edirlər. Bu cinayətlər digər kəndlərdə, rayonlarda da baş verib. İnsan haqlarının pozulması, onların milli zəmində öldürülməsi faktları yüzlərlə, minlərlədir”-deyən politoloqun fikrincə, müəyyən dövlət orqanlarının fəaliyyətində müəyyən səhlənkarlıqlar görünür. Avropa İnsan Haqları Məhkəməsinə müraciət olunmur. Belə faktların minlərlə olduğunu vurğulayan politoloq bildirib ki, bunu Amerika da, Avropa da yaxşı bilir. Ancaq bu kimi məsələlərə ikili standart göstərirlər. Maraqlıdır ki, 3 nəfərin öldürülməsi faktına baxılır, amma 613 nəfərin Xocalıda öldürülməsi faktına baxılmır və heç nə edilmir. Budur, Avropa İnsan Haqları Məhkəməsinin yanaşması…
Politoloq hesab edir ki, Azərbaycanın aidiyyatı qurumları tərəfindən müvafiq cavab veriləcək. Bu cinayətlər barədə Avropa İnsan Haqları Məhkəməsinə sübutlarla, sənədlərlə yüzlərlə, minlərlə müraciətlər göndərilib və hələ də onlara baxılmayıb. Biz belə məhkəmələrdə qalib gəlməliyik. Erməni vəhşiliyini dünyaya göstərməliyik. Ona görə də aidiyyatı şəxslər, hərbi prokurorluq, vətəndaşlar öz övladlarının, qohumlarının, yaxınlarının öldürülməsi haqqında hüquqi dəstək üçün vəkillərə, xüsusilə Avropa İttifaqına yazan aidiyyatı orqanlara müraciət edib, məsələləri həll etməlidirlər. Uzun illərin keçməsinə baxmayaraq, bu işlərə yenidən baxılacaq”-deyə politoloq əlavə edib. Elşad Həsənov, bu qərəzli qərarı əsassız hesab edir.
“Müharibə şəraitində əsgərimiz bizə olan hücumlar zamanı 3 nəfər ermənini öldürübsə, burada cinayət faktı yoxdur. Bu gün bizim hansısa əsgərimiz Ermənistan ərazisinə keçib, oradakı ermənini öldürsə, bu zaman biz buna məsuliyyət daşıyırıq ki, bizim əsgərimiz gedib Ermənistanın daxilində cinayət törədib. Müharibə şəraitində, torpaqlarımızı azad etmədiyimiz bir dönəmdə bizim əsgərimiz bu addımı atmaqla həqiqətən qəhrəmanlıq göstərib və haqlı olaraq da Azərbaycan höküməti ona milli qəhrəman adı verib”-deyə politoloq vurğulayıb.
P.S. Avropa İnsan Haqları Məhkəməsi məsələlərə həqiqətən ikili standartlarla reaksiya verir. Bizim Gəncədə, Bərdədə şəhidlərimiz var. Ki, onlar mülki vətəndaşlar idi, silahsız idilər. Onlar sadəcə yatdıqları yerdə ermənilərin Gəncəni, günorta Bərdəni bombalaması zamanı şəhid olmuşdular… Bu saydıqlarım hələ yaxın keçmişə aiddir.
Xocalı faicəsində 613 nəfərin qətlə yetirilməsi… Edillidə aşkarlanan kütləvi məzarlıqlar… Və dahası var.
Mənim fikrimcə, Avropa İnsan Haqları Məhkəməsi Azərbaycanın həyata keçirdiyi “cinayətləri” araşdırarkən Zori Balayanın kitabındakı etiraflara da nəzərə yetirməlidir.скачать dle 12.1