Bia.Az

Kanal 13” internet televiziyası ilə əməkdaşlıq edən jurnalist Şamo Eminova ittiham irəli sürülüb

Cəmiyyət
 27-12-2023, 16:03     211

“Kanal 13” internet televiziyası ilə əməkdaşlıq edən jurnalist Şamo Eminova qabaqcadan əlbir olan bir qrup şəxsin qaçaqmalçılıq törətməsi ittihamı irəli sürülüb. Xəbəri dekabrın 27-də “Turan” yayıb. Şamo Eminov dekabrın 22-də tutulub.

“Kanal 13”ün direktoru Əziz Orucov noyabrın 27-dən həbsdədir. Ona əvvəlcə mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti aparma ittihamı verilib, sonra işə qabaqcadan əlbir olan bir qrup şəxsin qaçaqmalçılıq törətməsi ittihamı əlavə edilib.
“Kanal 13”ün əməkdaşı Rüfət Muradlı dekabrın 2-də polisin qanuni tələbinə qəsdən tabe olmamaqda təqsirli bilinərək 30 sutka inzibati həbs cəzası alıb.

“Abzas Media” internet nəşrinin direktoru Ülvi Həsənli və onun köməkçisi Məhəmməd Kekalov noyabrın 20-dən, baş redaktoru Sevinc Vaqifqızı noyabrın 21-dən, əməkdaşı Nərgiz Absalamova noyabrın 30-dan, bu nəşrlə əməkdaşlıq edən jurnalist, “Turan” informasiya agentliyinin iqtisadiyyat şöbəsinin redaktoru Hafiz Babalı dekabrın 13-dən həbsdədirlər. Onlara qabaqcadan əlbir olan bir qrup şəxsin qaçaqmalçılıq törətməsi ittihamı verilib.


BİA.az



скачать dle 12.1