Bia.Az

“Kanal 13”lə əməkdaşlıq edən jurnalistin həbs olunduğu bildirilir

Cəmiyyət
 27-12-2023, 11:31     218

“Kanal 13” internet televiziyası ilə əməkdaşlıq edən jurnalist Şamo Eminovun saxlanıldığı və barəsində həbs qətimkan tədbirinin seçildiyi deyilir.

Turantv.az xəbər verir ki, bu barədə “Kanal 13”ün həbsdə olan rəhbəri Əziz Orucovun qardaşı Anar Orucov məlumat verib.
O bildirib ki, Ş Eminovun barəsində 3 ay 5 gün müddətinə həbs qətimkan tədbiri seçilib.


Şamo Eminov“Şamo Eminov bu ayın 22-dən Səbail Rayon Polis idarəsinə aparılıb. Cinayət işini aparan Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin istintaq şöbəsinini baş müstəntiqi, polis mayoru Elşən Bədəlzadə bütün qanunları, hüquqları, qaydaları pozaraq jurnalist Şamo Eminovun saxlanılması barədə onun ailəsi ilə əlaqə saxlamasına imkan verməyib. Şamo saxlandıqdan ancaq 4 gün sonra ailəsi ilə Kürdəxanı təcridxanasından əlaqə saxlaya bilib, kömək və vəkil istəyib. Şamo dindirilmə zamanı hədə-qorxuya mərzu qalıb və vəkillə təmin edilməyib. Müstəntiq Elşən Bədəlzadə Şamo Eminovun yoldaşına da hədə-qorxu gəlib”, – A. Orucov sosial şəbəkə hesabında yazıb.
O, Ş. Eminovun saxlanılması zamanı çəkildiyi bildirilən foto yayıb.

Anar Orucov inzibati qaydada 30 sutka müddətinə həbs edilmiş “Kanal 13” internet televiziyasının aparıcısı Rüfət Muradlıya qarşı da cinayət işinin başldıldığını bildirib.
Onların hər ikisinə qarşı Cinayət Məcəlləsinin 206.3.2. (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsi ilə ittiham irəli sürüldüyü bildirilir.

Rüfət  Muradlı
Xatırladaq ki, o, İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 535.1 (polisin qanuni tələbinə tabe olmama) maddələrilə ittiham olunub və dekabbrın 2-də 30 sutka müddətinə həbs edilib.
Qeyd edək ki, noyabrın 27-də “Kanal 13” internet televiziyasının icraçı direktoru Əziz Orucovun evində axtarış aparılıb və daha sonra o saxlanılıb. Vəkili Bəhruz Bayramov bildirib ki, ona qarşı Cinayət Məcəlləsinin 188.2 (Mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti və ya quraşdırma işləri aparma) maddəsilə cinayət işi başlanıb. Bir gün sonra – noyabrın 28-də isə Səbail Rayon Məhkəməsinin qərarı ilə Ə.Orucov barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Əziz Orucov
Dekabrın 19-da isə Əziz Orucova, daha bir ittihamın verildiyi məlum olub. Belə ki, ona qarşı həm də Cinayət Məcəlləsinin 206.3.2. (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsi ilə ittiham irəli sürülüb.скачать dle 12.1