Bia.Az

Ölmüş şəxsin banka borcunu kim ödəməlidir?

Cəmiyyət
 25-12-2023, 20:08     216

“Banka va digər şəxslərə pul öhdəliyi olan borclu vəfat edibsə, vərəsələri onlara miras qalmış əmlak həddində borcu ödəməlidirlər”.

News24.az xəbər verir ki, bunu vəkil Vamiq Şükürov deyib.

Vəkilin sözlərinə görə, kredit təşkilatları vəfat etmiş şəxsin kredit borcunun ödənilməsini onun ailə üzvlərindən tələb edə bilməz:

“Hər kəs özünə cavabdehdir. Borclu kredit borcuna görə yalnız öz əmlakı ilə məsuliyyət daşıyır. Əmlakı yoxdursa, kredit borcu ödənilmir və buna görə borclunun vərəsələrinə qarşı hər hansı tədbir görülə bilməz. Təbii ki, vəfat etmiş şəxsə zamin durmuş şəxslərdən də borc tələb oluna bilər. İpoteka kreditləri verilən zaman müştərilər adətən ölüm və ya işləmə qabiliyyətini itirmə hallarından sığorta olunur. Yaxud borcun ödənilməsinin təminatı qismində daşınmaz və ya danışar əmlak girov qoyulubsa, borcun ödənilməsi həmin əmlakların satılması hesabına həyata keçirilir”.

скачать dle 12.1