Bia.Az

Bakıda klinikada çalışan evli qadın özündən 25 yaş kiçik “xəstə” ilə... - ŞOK TƏFƏRRÜAT

Cəmiyyət
 23-12-2023, 18:14     295

Bakıda özündən xeyli kiçik oğlanla sevgi münasibəti yaşamış evli qadın şantajla üzləşib.

BİA.az xəbər verir ki, Publika.az-ın əldə etdiyi məlumata görə, Nəsimi rayonu ərazisində fəaliyyət göstərən “Atlas” klinikasında çalışan Zenfira Əhmədova (ad və soyad şərtidir) təsadüfən tanış olduğu şəxsin törətdiyi cinayətin qurbanına çevrilib. Anar adlı şəxslə işlə bağlı danışan və daha sonra şəxsi münasibətləri inkişaf etdirən qadın hədə-qorxu ilə qarşılaşıb. Bundan sonra Z.Əhmədova Anarın əməlləri barədə Sabunçu rayon Polis İdarəsinin 12-ci şöbəsinə şikayət edib.

Faktın təsdiqini tapması ilə 1999-cu il təvəllüdlü Anar Məmmədov barəsində cinayət işi başlanılıb və dekabrın 20-də Sabunçu rayon Məhkəməsində təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmədə zərərçəkmiş qadın başına gələnlər barədə danışıb:

“2022-ci ilin yayından “28 May”da yerləşən “Atlas” adlanan klinikada ayı 300 manata operator menecer kimi işləməyə başlamışam. İşlərimdən biri də klinikanın verdiyi mobil telefonla bütün operatorlardakı mobil nömrələrə mesaj göndərməklə klinikada göstərilən xidmətlərin növləri və qiymətləri barədə məlumat vermək, geriyə zəng vuran şəxslərə xidmətlər barədə ətraflı izah etməkdən ibarət idi. 2022-ci ilin dekabr ayında sonradan adını bildiyim Anar adlı şəxsin də nömrəsinə xidmətlər barədə mesaj göndərdim. Anar xidmətlər barədə məlumat almaq adı ilə geri yığdı. Telefonda xidmətlər barədə məlumat verdim və vəzifəmə uyğun olaraq müştəri kimi Anarla mehriban danışdım”.

Bundan sonra Anar yalandan xəstəliyi barədə qadına danışıb və onun mobil nömrəsi ilə daimi əlaqə saxlamağa başlayıb. Onlar paytaxt ərazisində bir neçə dəfə görüşüblər və cinsi əlaqədə olublar. Lakin daha sonra Anar təsadüfən tanış olduğu qadını şantaj etməyə başlayıb:
“2023-cü ilin martında Anar dedi ki, onun yaşadığı Suraxanı rayonu, Zığ qəsəbəsindəki evə gəlim, anası ilə birgə məni gözləyir. Anara yazığım gəldiyindən, həmçinin məndən 25 yaş balaca olduğundan razılaşdım. Meyvə və şirniyyat alaraq Anarın evinə getdim. Anar evdə tək idi, yataqda uzanmışdı. Anasının bir azdan gələcəyini dedi, Xəstə bildiyim Anara meyvə soyub yedizdirdim, çay dəmləyərək perojnaları doğrayıb masaya yığdım, 1 saata yaxın Anarın yanında oturdum. O da mənə qayğıkeşliklə yanaşırdı, işimlə maraqlanırdı. Həmin vaxt meyvə və şirniyyat qablarını yuyub evdən çıxmaq üçün sağollaşdım. Sağollaşarkən Anar mənimlə selfi çəkdirməyi xahiş etdi, mən də etiraz etmədim. Anar əlini boynuma keçirərək öz telefonu ilə selfi çəkdi”.

Z.Əhmədova deyib ki, Anarın evində olarkən Anar icazəsiz olaraq onun övladlarının və ərinin nömrələrini götürüb və daha sonra onu hədələməyə başlayıb, görüntülərini ərinə göndərəcəyini deyib:

“Anarın bu kimi hərəkətindən şoka düşüb həyəcanlandım, bundan sonra onun tələbləri ilə razılaşmağa başladım. Ailəmin dağılmasından və övladlarımın üzünə necə baxacağımdan utanaraq 2023-cü ilin may ayında Anarın evinə getdim. Anara yalvarmaqla Anarda insanlıq hissi oyada biləcəyimi düşünürdüm. Onun qarşısında diz çöküb ağladım, izah etdim ki, ərim bilsə məni doğrayacaq. Anar bildirdi ki, məndən ötrü ölür, cinsi əlaqədə olmaq istəyir və təklif etdi ki, cinsi əlaqədə olsaq əl çəkəcək. Mən də məcbur razı oldum”.

Bundan sonra ağır depressiyaya düşən qadın Anarın şantajlarına boyun əyib. O, həmçinin “Atlas” klinikasından işdən çıxıb və başına gələnlər barədə yaşlı anasına danışıb.

Z.Əhmədovanın anası da Anarla danışsa da, o hədə-qorxu ilə pul tələb etməkdə davam edib və hissə-hissə olmaqla 800 manata yaxın pul alıb. Z.Əhmədova Anardan qurtulması üçün telefonundakı vatsap proqramını silsə də, Anar onun övladlarına “Salam Zemfira xanım, zəhmət olmasa klinikanızdakı xidmətlər haqqında məlumatlar verin”, kimi, mesajlar yazaraq qadını qorxu içində saxlayıb.

Nəhayət Z.Əhmədova polisə şikayət edəndən sonra, Anar həbs edilərək məsuliyyətə cəlb edilib.

Sabunçu rayon Məhkəməsinin 20 dekabr tarixli hökmü ilə Anar Məlikov 3 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.скачать dle 12.1