Bia.Az

İcra başçısı Rəcəb Babaşov müavini Məmməd Alıyevi DANLADI – Vaxt qoyub ki… (ŞOK İDDİA)

Cəmiyyət
 22-12-2023, 13:25     227

Qazax Rayon İcra Hakimiyyəti başçısı Rəcəb Babaşovun birinci müavini Məmməd Alıyevi danlaması ilə bağlı iddialar ortaya atılıb.

32gun.az verilən məlumatda iddia edilir ki, I müavinin son zamanlar gah oğluna 120 min dollarlıq “Land Cruiser” alması, gah da bələdiyyə sədri olan bacısı oğluna Rayon Mərkəzi Xəstəxanasında ikinci vəzifə verdirməsi ilə gündəm olması icra başçısını təngı gətirib. Elə bu səbəbdən icra başçısı Rəcəb Babaşov Məmməd Alıyevi danlayıb.

Belə qanunsuzluğun yol verilməz olduğunu, qardaşıoğlunun iki vəzifədən birindən istefa verməsi gərəkdiyini bildirib.

Hətta iddia olunur ki, icra başçısı müavinini  elə yüksək səslə danlayıb ki, səsi otaqdan kənara çıxıb. Digər bir iddiaya görə bu məsələlərin təcili həlli üçün icra başçısı Rəcəb Babaşov müavini Məmməd Alıyevə vaxt qoyub.

Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.



BİA.az
скачать dle 12.1