Bia.Az

Müəllimlərin işə qəbulu ilə bağlı MÜHÜM XƏBƏR

Cəmiyyət
 22-12-2023, 11:53     237

2023-2024-cü tədris ili üçün müəllimlərin işə qəbulu və yerdəyişməsi müsabiqəsinə Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən 2743 vakansiya təqdim olunub.

Qurumdan Musavat.com-a verilən məlumata görə, müsabiqələr nəticəsində il ərzində 2258 nəfər işə qəbul olunub.

Bunlardan 1188 nəfər müddətsiz müqavilə ilə işə qəbul üzrə elektron yerləşdirmə prosesi nəticəsində, 889 nəfər müddətli müqavilə ilə işə qəbul üzrə elektron yerləşdirmə prosesi nəticəsində, 181 nəfər isə müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişməsi prosesi nəticəsində işə qəbul olunub.

Həmçinin il ərzində ümumi təhsil müəssisələrində işə qəbul müsabiqəsi nəticəsində tutulmayan yerlər üzrə dərs saatlarının tədris edilməsi üçün digər məktəblərdən əvəzçilik qaydasında 485 ixtisaslı kadr dəvət edilib.

Qurumdan o da bildirilib ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 46 ümumi təhsil müəssisəsində operativ monitorinqlər həyata keçirilib. Monitorinqlər təhsil müəssisələrində sağlamlıq, təhlükəsizlik və nizam-intizam, tədris-pedaqoji və digər sənədlərlə işin təşkili, metodiki işin təşkili, inzibati heyətin fəaliyyət istiqamətlərini əhatə edib. 35 meyar əsasında aparılan monitorinqlərin keçirilməsində əsas məqsəd təhsilin keyfiyyətli təşkilini təmin etməkdən ibarətdir.скачать dle 12.1