Bia.Az

“Bakıkart”da yaranan problem aradan qaldırılıb?

Cəmiyyət
 21-12-2023, 17:23     232

“Bakıkart”ın mobil tətbiqinin istifadəsində yaranan problem aradan qaldırılıb.

Bu barədə Axar.az-a “Bakıkart”ın qaynar xəttindən məlumat verilib.

Bildirilib ki, vətəndaşların mobil tətbiq vasitəsilə yüklədikləri vəsait yaxın müddət ərzində kartlarına geri qaytarılacaq.

Qeyd edək ki, bir neçə gündür “Bakıkart” mobil tətbiqinin istifadəsində problem yaşanırdı. Vətəndaşlar tətbiq vasitəsilə karta pul yükləsələr də, vəsaitlər hesaba yüklənmirdi.скачать dle 12.1