Bia.Az

Azərbaycanda ciddi DƏYİŞİKLİKLƏR OLACAQ - Açıqlama

Cəmiyyət
 21-12-2023, 00:49     261

7 dekabr 2023-cü il tarixində Prezident İlham Əliyev növbədənkənar prezident seçkilərinin keçirilməsi ilə bağlı sərəncam imzaladı. Sərəncama əsasən, Mərkəzi Seçki Komissiyası növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin 2024-cü il fevralın 7-nə təyin olunmasını və Azərbaycan Respublikasının Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etməlidir.
Qeyd edək ki, hazırda Azərbaycan Respublikasında prezidentliyə namizədlərin sayı 7-dir. Son məlumatlara görə, Prezident İlham Əliyevin (Yeni Azərbaycan Partiyası), Fazil Mustafanın (Böyük Quruluş Partiyası), Elşad Musayevin (Böyük Azərbaycan Partiyası) və Zahid Orucun (Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri), Qüdrət Həsənquliyevin (Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri), Razi Nurullayevin (Milli Cəbhə Partiyasının sədri) və Fuad Əliyevin (keçmiş Azərbaycan Liberal Demokrat Partiyasının (1 apreldə partiya özünü buraxıb - red.) sədri) prezidentliyə namizədliyi irəli sürülüb.
Ölkədə keçiriləcək növbədənkənar prezident seçkiləri Azərbaycana hansı yeniliklər gətirəcək?
Bununla bağlı Milli Məclisin deputatı, prezidentliyə namizəd Fazil Mustafa Referans.az-a açıqlama verib.
“7 fevralda keçiriləcək seçkilər, təbii ki, Azərbaycan cəmiyyətinə yeniliklər gətirəcək. Bu, dövrün artıq yeni dövr olması ilə bağlıdır. Artıq Qarabağ işğaldan azad olunub. Biz artıq daim acı çəkdiyimiz, şikayət etdiyimiz problemdən qurtulmuşuq. Elə buna görə də, biz bu məsələlər üzərində daha ciddi şəkildə yeni bir situasiyanı, yeni bir dövrü nizamlamaqla məşğul olmalıyıq və yeni dövrün tələblərinə uyğun olaraq dövlətin daxili və xarici siyasət strategiyasının təkmilləşdirməliyik. Bu baxımdan da, Azərbaycanda prezidentli respublika olduğuna görə, ən mühüm seçki bu seçki sayılır. Fevral ayında keçiriləcək bu seçki də ölkənin gələcəyi ilə bağlı növbəti ehtimadın olması və daha çevik qərarların qəbul edilməsi baxımından seçkinin nəticələri böyük əhəmiyyət daşıyacaqdır".
Deputat qeyd edib ki, fevral ayında keçiriləcək növbədənkənar prezident seçkiləri ölkənin gələcəyi ilə bağlı növbəti etimadın yaradılması və daha çevik qərarların qəbul edilməsi baxımından seçkinin nəticələri böyük əhəmiyyət daşıyacaq.
“Prezident seçkilərinin növbədənkənar keçirilməsinin əsas arqumenti Azərbaycanın bütün ərazilərinin bu seçkidə iştirak etməsi ilə bağlıdır. Bugünədək təxminən 20 faizdən çox ərazilərimizin sakinlərinin iştirak edə bilmədiyi formatda keçirilirdi. İndi isə təmamilə başqa bir situasiya mövcuddur. Biz bu məsələdə daha fərqli bir yol izləməliyik ki, bir daha dövlətimiz işğala məruz qalacaq şəkildə zəifləməsin. Buna görə də bütün əhalinin iştirak edə biləcəyi formada bir seçki marafonu nəzərdə tutulur”.
Seçkilər üçün nəzərdə tutulan müddətin az olmasından şikayətlənən şəxslərin əksinə Fazil Mustafa prezident seçkilərinin uzun bir müddət sonraya təyin edilməsinin effektiv olmadığını vurğulayıb.
“Seçki prosesində vaxt məsələsi qanunvericilikdə nəzərdə tutulub. Düşünürəm ki, uzun bir vaxtda seçki marafonunu salmaq o qədər də effektiv olmur. Müasir dövrdə kommunikasiya texnologiyalarının yüksək səviyyədə inkişafı bu prosesdə iştirak etməkdən yayınmağın mümkünsüz olduğunu bir daha sübut edir. Bu prosesdə daha çevik şəkildə iştirak etməyə ehtiyac var. Eyni zamanda sosial şəbəkələrdə də imkanlar genişlənib, informasiyanın daha sürətli formada yayılma imkanları mövcuddur. Bu səbəbdən də vaxtı uzun götürməyə ehtiyac qalmır”.скачать dle 12.1