Bia.Az

Cevdet Yılmaz Şəhidlər xiyabanını və “Türk şəhidliyi” abidəsini ziyarət edib

Cəmiyyət
 20-12-2023, 13:41     204

Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Bakıda Şəhidlər xiyabanını və “Türk şəhidliyi” abidəsini ziyarət edib.

Qonaq Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsini ehtiramla yad edib, məzarları üzərinə tər güllər düzüb. O, həmçinin "Əbədi məşəl" abidəsi ününə əklil qoyub.

Cevdet Yılmaz "Türk şəhidliyi" abidəsində xatirə dəftərinə ürək sözlərini yazıb. (Report)

*** 

Azərbaycanda səfərdə olan Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz bu gün Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.

Daha sonra görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər güllər düzülüb. (Report)скачать dle 12.1