Bia.Az

Sabahın hava proqnozu AÇIQLANDI

Cəmiyyət
 19-12-2023, 12:53     229

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi şəhərətrafı ərazilərdə çiskinli yağış yağacağı ehtimalı var.

Bu barədə Musavat.com-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Qeyd edilib ki, gecə və səhər duman olacaq. Cənub küləyi əsəcək.

Havanın temperaturu gecə 2-5° isti, gündüz 7-12° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 771 mm civə sütunundan 769 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 50-60 % olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi bəzi şərq rayonlarında arabir güclənəcək.
Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 7-12° isti, dağlarda gecə 10-15° şaxta, gündüz 0-5° şaxta olacaq.скачать dle 12.1