Bia.Az

Sima Babayeva: "Hüquq-mühafizə orqanlarını bu məsələyə ciddi reaksiya verməyə çağırıram"

Cəmiyyət
 19-12-2023, 01:04     303

Şair, publisist Xuraman Vəfa barədə yazmışdım. Yazmışdım ki, bu xanım həyat yoldaşı – Türkiyə vətəndaşı Çakır Mehmet Şeriflə birlikdə adamların etibarından sui-istifadə edərək dələduzluq edirlər.

Hamıya özlərini iş adamı kimi tanıdıblar. Guya avadanlıqlar gətirərək plastik qabların istehsalını təşkil edəcəklərmiş.
Şirin dillərinə aldananlardan çıxartdıqları pulları isə biznesə yox, öz ciblərinə yatırıblar.
Məsələnin üstü açılandan sonra şikayətlərin ardı-arası kəsilmir.
Xuraman xanım və Çakır bəy deyəsən nömrəsi 111 ilə bitən maşınlarına minib camaatdan gizlənirlər.
Eşitdiyimə görə Çakır bəy dəfələrlə şikayətçilərin pullarını qaytarmaq istəyib, ancaq Xuraman Vəfa etiraz edib.
Yəqin fikirləşib ki, fırıldaqla aldığı mülki, obyektləri, avtomobilləri satmalı olacaq. Kübar görüntüləri korlana bilər…
Bu məsələni işıqlandırandan sonra Xuraman xanımdan mənə çox xəbərlər gəldi. İndi də bu xəbərlər daha da çoxalıb.
Bu qeydlərimi də ona görə edirəm. Hörmətli şairəmiz dost-tanış vasitəsi ilə məndən onun haqqında yazılarımı silməyimi istəyir, görüşmək istəyir.
Xuraman xanım, mən, əməkdaşı olduğum sayt jurnalistika qaydalarına əməl edərək həmişə qarşı tərəfin mövqeyini də əks etdirməyə hazır olduğumuzu bildirmişik.
Yenə də bunu təklif edirik. Sözünüz varsa, siz də, Çakır bəy də buyurub redaksiyamıza gəlib fikrinizi çatdıra bilərsiniz.
Və ya mövqeyinizi elektron, yazılı şəkildə bildirin, əsaslandırın.
Bizim də məqsədimiz elə problemin həllinə nail olmaqdır.
Mənə görüşüb danışmaq təklifi göndərməkdənsə, pullarını mənimsədiyiniz adamlarla görüşüb aranızda münaqişəni həll edin.
Qələm əhlisiniz, ədəbi aləmdə imzanız var, sizin bu çirkli oyunlarda ad çıxarmağınız təəssüf doğurur.
Mən sağlıq durumunuz barədə eşidib bir müddət bu mövzuya ara verdim.
Ümid edirdim probleminizi yoluna qoyduqdan sonra insafa gəlib borclularla aranızdakı anlaşılmazlığı da həll edərsiniz.
Amma görürəm yox, səhv etmişəm. Problemin çözülməsində heç bir irəliləyiş olmayıb.
Ona görə də dövlət rəhbərliyini, hüquq-mühafizə orqanlarını bu məsələyə ciddi reaksiya verməyə çağırıram.

Sima Babayeva

BİA.az
скачать dle 12.1