Bia.Az

“Direktor məni kabinetində qucaqladı” – Bakıda vəzifəli şəxslə bağlı ŞOK İDDİA

Cəmiyyət
 18-12-2023, 19:46     242

Bir neçə gün əvvəl Bakının rayonlarından birinin məhkəməsinə həmin rayonda yerləşən peşə liseyinin direktoru M.Məmmədov (şərti) tərəfindən xüsusi ittiham qaydasında şikayət daxil olub.

Publika.az-ın əldə etdiyi məlumata görə, vəzifəli şəxs liseyin əməkdaşı A.Teymurovanın (şərti soyadlı) ona böhtan atdığını bildirib. M.Məmmədov qeyd edib ki, rəhbərliyi altında çalışan qadın liseyin əməkdaşlarına onun barəsində həqiqətə uyğun olmayan məlumatlar – guya onu kabinetdə qucaqlaması, intim münasibət təklif etməsi ilə bağlı söz-söhbətlər yayıb.

Böhtanla qarşılaşdığını bildirən direktor xanım əməkdaşın cəzalandırılmasını tələb edib.

Məhkəmə vəzifəli şəxsin şikayəti ilə bağlı sənədləri araşdırıb. A.Teymurova ifadəsində bildirib ki, direktoru ona həqiqətən intim münasibət təklif edib. Lakin bunu kütləvi şəkildə deyil, ona yaxın olan bir neçə nəfərə və direktorun həyat yoldaşına deyib:

“Mən heç kimə şər-böhtan atmamışam. Bir müddət əvvəl direktorun otağında olarkən direktor mənə yaxınlaşdı, məni qucaqlamaq istəyərkən onu özümdən uzaqlaşdırdım. Bundan sonra mənə yaxın olan müəlliməyə baş verənlər barəsində ona danışdım, mənə məsləhət verməsini xahiş etdim. Həmin müəllimə də baş verənləri heç kimlə bölüşməməyini tövsiyə etdi. M.Məmmədov mənim tez-tez xidməti otağına gəlməli olduğumu bildirsə də, ona yalnız işlə bağlı otağa gedəcəyimi bildirmişdim. Bundan sonra ailə vəziyyətimilə bağlı iş vaxtımın bitməsindən öncə getməyim barədə direktordan icazə istəsəm də, mənə icazə vermədi. Bunun səbəbini direktorun qərəzli münasibəti kimi anladım və bu barədə anama danışdım. Anam da direktorun liseydə müəllimə işləyən həyat yoldaşının yanına gedib baş verənlər barədə danışdı. Direktorun arvadı əvvəlcə mənə inanmasa da, sonradan dediklərimin doğru olduğunu anladı. Mən məktəbin akt zalına kimlərisə yığıb baş verənlər barədə danışmamışam. Heç bir halda kütləvi çıxışda və ya 1 neçə şəxsin toplaşdığı hər hansı digər yerdə heç kimə bildirməmişəm”.

Məhkəmənin 4 dekabrda keçirdiyi iclasda A.Teymurova barəsində xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməməsi barədə qərar qəbul edilib. Direktorun böhtanla üzləşməsi barədə iddiası geri qaytarılıb.
скачать dle 12.1