Ukrayna səfərbərlik problemi yaşayır - The Economist
Ukrayna Silahlı Qüvvələrinin sıralarına yeni çağırışçıların cəlb edilməsi ilə bağlı problemlər yaşanır.
Bakupost.az xəbər verir ki, bu barədə “The Economist”də dərc olunan məqalədə bildirilir.
Qeyd olunur ki, Ukrayna ümidsizcəsinə cəbhə xəttini Rusiyanın yeni hücumlarından bağlamağa çalışır:
"Hökumət qoşun toplamaqda qətiyyətsizliyə görə tənqid olunur. Kiyevi qarşıda çətin qərarlar gözləyir".
Nəşr qeyd edir ki, ordu rəhbərliyi boş yerləri hərbi xidmət keçəyi arzulayanlarla doldurmağa çalışır. Onların bəziləri idman zalları və ticarət mərkəzlərindəki çağırış reydlərinə qaçırlar. Bu yolla əsgərliyə gedənlərin çox az hissəsi yaxşı əsgər olur.
"Biz orduya yazılanlar arasında 45-47 yaşlıları görürük. Onlar cəbhə xəttinə çatanda təngənəfəs olurlar", - adının açıqlanmasını istəməyən yüksək rütbəli zabit nəşrə bildirib.
Bu problemi dərk edən Ukrayna Müdafiə Nazirliyi yeni səfərbərlik strategiyası üzərində işə başlayıb.
Qeyd olunur ki, islahatlar tərəddüd edənlərə daha çox seçim imkanı vermək məqsədi daşıyır:
"Xidmətə qəbul olunanlar az və ya çox dərəcədə konkret vəzifəyə yazıla bilər. Yeni rəqəmsal reyestr nazirliyin Ukraynanın insan resursları haqqında anlayışını təkmilləşdirəcək. Daha aydın bir istirahət və rotasiya sistemi qurulacaq. Nəhayət, könüllülər indi olduğu kimi qeyri-müəyyən müddətə deyil, konkret müddətə səfərbər olunacaqlar".