Fazil Mustafanın prezidentliyə namizədliyi irəli sürüldü
Böyük Quruluş Partiyasının (BQP) sədri, deputat Fazil Mustafanın prezidentliyə namizədliyi irəli sürülüb.
Axar.az xəbər verir ki, bu barədə Report-a o özü məlumat verib.
Xatırladaq ki, 2024-cü il fevralın 7-nə Azərbaycanda növbədənkənar prezident seçkiləri təyin edilib.
Dekabrın 15-də isə Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin genişləndirilmiş iclasında İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsi barədə qərar qəbul edilib.