Bia.Az

"Körpə qızı 34 yaşlı kişiyə ərə verirlər... - Dəhşətdir"

Cəmiyyət
 15-12-2023, 21:38     237

"Təsir dairəsi" verilişində aparıcı Lalə Azərtaş 12 yaşlı qızın nişanlanmasından danışıb.

Axşam xəbər verir ki, aparıcı hadisənin rayonlardan birində baş verdiyini bildirib. O, telefonuna məsələ ilə bağlı gələn mesajı oxuyub və bunları deyib:

"Körpə qızı 34 yaşlı kişiyə ərə verirlər. Dəhşətdir. Sizi lənətə gəlin ki, hələ gəlinciklə yatan qızı 34 yaşlı kişiyə ərə verməyə qıymısınız. Mesajda yazılıb ki, həmin kişi evli olub və boşanıb.

İnsanın tükləri dik-dik olur. Bu adam içki düşkünüdür və bunu bütün rayon bilir. Qapınıza başqa cür gələcəyəm, sizə ar olsun. Dediyim 12 yaşlı qızın videosunu da atıblar. Bu, uşaqdır, körpədir. Ana qızına necə belə düşmən ola bilər?!"
скачать dle 12.1